BolgeXeber.Com » Bölgə » Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir

Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir

18-11-2016, 18:29
Oxunub: 10 228 Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdirYarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 5 metr məsafəyə atəş açmaqla keçirilmişdir.Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir

18 noyabr 2016-cı il tarixdə Azərbaycanın Milli Qəhrəmanı S.Behbudov adına Bərdə şəhər 6№li tam orta məktəbdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd səmasında ermənilər tərəfindən vurulmuş helikopterdə həlak olanların xatirəsinə həsr olunmuş güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir.Birincilikdə rayonun 60 tam orta məktəblərindən (10 şəhər,50 kənd) 240 nəfər (120 qız,120 oğlan) yuxarı sinif şagirdləri iştirak etmişdir.

Həlak olanların ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Sahbazov açaraq iştirakçıları salamladı və Qarakənd faciəsi haqqında məlumat verərək qeyd etdi ki,bu tədbirin keçirilməsində əsas məqsəd faciə qurbanlarının xatirəsini bir daha yad etmək,yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirməkdən ibarətdir.Sonra o,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən gənclərin hərtərəflı inkişafı üçün göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Qarabağ müharibəsi veteranları N.Malıyev adına Qaradırnaq və R.Orucov adına Saatlı kənd tam orta məktəblərin gənclərin çağırışaqədərki hazırlıq fənni müəllimləri Rafiq Dadaşov və Mehman Əhmədov çıxış edərək tədbirin əhəmiyyətini vurğuladılar,yeniyetmə və gənclərdə vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi sahəsində belə tədbirlərin vacibliyindən danışdılar.Bərdə rayon Təhsil şöbəsinin metodisti,yarışın baş hakimi İsa Abbasov yarış barədə komandalara ətraflı məlumat verdi.

Birincilik təşkilatçılar tərəfindən təsdiq olunmuş əsasnaməyə uyğun olaraq keçirilmişdir.

Yarışın yüksək səviyyədə keçirilməsi və iştirakçıların göstərdiyi nəticələrini qiymətləndirilməsi məqsədi ilə aşağıdakı tərkibdə hakimlər heyəti təyin edilmişdir:

1.Abbasov İsa Böyükkişi oğlu - Təhsil şöbəsinin metodisti - baş hakim

2.Quliyev Tahir Süleyman oğlu - Gənclər və İdman idarəsinin rəis müavini - hakim

3.Qasımov Aydın Knyaz oğlu -Gənclər və İdman idarəsinin baş məsləhətçisi - hakim

4.Lətifov Məmməd Baloğlan oğlu - UGİM-nin direktoru - hakim

5.İsayev Məhəmməd Yusif oğlu - UGİM-nin təlimatçısı - hakim

Yarış pnevmatik tüfəngdən hər iştirakçıya 3 güllə olmaqla 5 metr məsafəyə atəş açmaqla keçirilmişdir.Hər komandada 2 oğlan və 2 qız iştirak etmişdir.

Daha yaxşı nəticə göstərən İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandası I yeri,E.Əhmədov adına Mirzəxan kənd tam orta məktəbinin komandası II yeri və G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandası isə III yeri tutmuşlar.Oğlanlar arasında İ.Abbasov adına Kələntərli kənd tam orta məktəbinin komandasının üzvü Azər Əliyev,qızlar arasında isə G.Qarayev adına Mustafaağalı kənd tam orta məktəbinin komandasınin üzvü Cahan Seyidli daha çox xal toplayaraq birinci olmuşlar.

Qalib komandalar və yüksək nəticə əldə etmiş şagirdlər Bərdə rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunmuşlar. Birinciliyin keçirilməsi vaxtı heç bir əsasnamə pozuntusu olmamışdır.

Bolgexeber.com
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir
Bərdədə güllə atıcılığı üzrə məktəblilərin VI ənənəvi rayon birinciliyi keçirilmişdir