BolgeXeber.Com » Dünya » İŞİD lideri “şəhid kəməri” ilə yatır

İŞİD lideri “şəhid kəməri” ilə yatır

19-11-2016, 11:58
Oxunub: 2 304 İŞİD lideri “şəhid kəməri” ilə yatırİŞİD lideri Əbu Bəkr əl-Bağdadi İraq ordusunun və digər hərbi birləşmələrin Mosula hücumundan sonra təlaş içərisindədir, heç kimlə danışmır, hətta sağ tutulmaması üçün “şəhid kəməri” ilə yatır

Bu barədə Əl-Ərəbiyə telekanalı məlumat yayıb.

Telekanalın xəbərinə əsasən, bir neçə həftə əvvəl Mosul sakinlərindən biri İraq kəşfiyyatına əl-Bağdadiyə dair məlumatlar göndərib.

Mənbə bildirib ki, İŞİD lideri son vaxtlar şəhərin altında yerləşən tunellərdən istifadə edərək yerin altında yaşayır.

“O “şəhid kəməri” bağlayır və hətta bu kəmərlə birgə yatır ki, ələ keçsə sağ təslim olmasın”, - mənbə deyib.