BolgeXeber.Com » Şou-Biznes » “Manaf Ağayev mənə zəng elədi, dünəndən incisin! ” – Meyxanaçı Samirə

“Manaf Ağayev mənə zəng elədi, dünəndən incisin! ” – Meyxanaçı Samirə

19-11-2016, 15:11
Oxunub: 3 657 “Manaf Ağayev mənə zəng elədi, dünəndən incisin! ” – Meyxanaçı SamirəMeyxanaçı Samirə ilə müğənni Mahaf Ağayev arasında yaranan qalmaqal böyüyür

AzNews.az xəbər verir ki, Samirə xanımın “Manaf Ağayev botoks, mezo edir” açıqlaması qarşı tərəfi özündən çıxarıb. Müğənni ona zəng edərək belə bir açıqlamanın nəyə əsaslanıb dediyi ilə bağlı izahat tələb edib. Nəticədə tərəflər arasında dava böyüyüb.

Meyxanaçı Samirə AzNews.az-a açıqlamasında M.Ağayevin ona zəng etdiyini təsdiqlədi:

“Onun neçə il öncə çəkilmiş şəklinə baxıb soruşdular ki, Manaf Ağayev saçını rəngləyir? Dedim hə. Manaf Ağayevin adını çəkməmişəm. Ümumilikdə bütün müğənnilərin adını çəkmişəm. Demişəm ki, indi bütün müğənnilər saçlarını rəngləyir, botoks və mezo edir. Axı burada əsəbləşəsi nə var? Sənət adamlarıdır da, hamısı səhnəyə, efirə çıxır. Əlbəttə ki, səhnə gözəllik sevir”.

Meyxanaçı Samirə qeyd edib ki, burada təhqiredici və yaxud da inciyib əsəbiləşməli bir şey yoxdur:

“Kim bundan inciyirsə dünəndən incisin”.