BolgeXeber.Com » Şou-Biznes » “Sevişək can üstə, gəl qaçaq buz üstə” - Elza Seyidcahanın "Qaynaq olaq" şeiri

“Sevişək can üstə, gəl qaçaq buz üstə” - Elza Seyidcahanın "Qaynaq olaq" şeiri

20-11-2016, 12:39
Oxunub: 3 465 “Sevişək can üstə, gəl qaçaq buz üstə” - Elza Seyidcahanın "Qaynaq olaq" şeiri Əməkdar artist Elza Seyidcahanın bəstələdiyi mahnılarla, həyata keçirdiyi layihələrlə, ifa və geyim tərzi ilə yanaşı yazdığı şeirlər də cəmiyyət tərəfindən birmənalı qarşılanmır

Bir sözlə, altında Elza Seyidcahan imzası olan hər nə varsa müzakirəsiz ötüşmür, müxtəlif diskusiyalara səbəb olur. Həm də biri bitməmiş, digəri başlayır, gündəmə damğasını vurur.

Bu gün əməkdar artist moderator.az-a yeni yazdığı bir şeiri göndərib. “Qaymaq olmasınlar e, qaynaq olsunlar” adlanan şeirin müğənninin Bayraq günündə dövlət himnimizlə bağlı həyata keçirdirdiyi qeyri-adi layihə kimi birmənalı qarşılanmayacağına əminik.

Həmin şeiri təqdim edirik:

“Qaymaq olmasınlar e
Qoy olsunlar qaynaq
Söz gələr keçər gedər
Üz-üzə gülürük yetər
Bir birimizin ardınca
Mini gələr cıxar gedər
Olmayaq biz qaymaq
Qayqanaqdan doğaraq
Olaq biz iti caynaq
Caynaqlarımız ilişsin
Bir-birilərinə qırışsın
Qaynaqlanaq, bağlanaq
Düşmənlər daq-daq olsunlar
Çatlasınlar, soyunsunlar
Söyülsünlər.
Bir siftədən, bir nüftədən
Yaranmışıq.
Yarandıqsa, yaratmışıq.
Yaratdıqsa, yaşatmışıq.
Yaşatdıqsa yaşamışıq.
Xoş-xoş olmamışıqsa
Doymadıq?
Qədəm-qədəm qoymamışıq
Soyumadıq?
Hidayət edək yaşlanmışıq
Yaşlaşmışıq.
Gəl olaq biz qaynaq,
Qaymaq yox cüt caynaq…
Bu həyatda dayanaq
Diz üstə…
Oyanaq göz üstə
Danışaq baş üstə.
Birləşək söz üstə
Uzanaq üz üstə,
Yan üstə.
Sevişək can üstə
Sən üstə tüstüdə
O üstə istidə
Gəl qaçaq buz üstə
Qaş-gözüm, dodaqlarım,
Can püstə.
Can, can, can xancan,
Xan, xan, xan sancan
Dayıcan, can bibican
Sən atacan, ay anacan…!
Bacıcan, qardaşcan,
Gəlmişik biz buracan.
Gəl olaq biz baycan…!”

Əməkdar artist bu şeiri necə yazdığı haqqında da danışıb:
“Əməkdar artistimiz Nüşabə Ələsgərlinin anasının il mərasimində idik. Orada molla belə bir söz işlətdi: “Respublikanın qaymaqları bu gün bura yığılıb”. Elə oradaca mən o misralarla başladım yazmağa, bir də baxdım ki, haralara gedib çıxmışam. Bu şeir yox, poemadır, sizlə sadəcə bir parçasını bölüşürəm, ardını tezliklə çıxacaq kitabımdan oxuya biləcəksiniz”.