BolgeXeber.Com » İdman » Rusiya və Gürcüstan güləşçiləri arasında kütləvi dava-VİDEO

Rusiya və Gürcüstan güləşçiləri arasında kütləvi dava-VİDEO

21-11-2016, 10:36
Oxunub: 3 863  Rusiya və Gürcüstan güləşçiləri arasında kütləvi dava-VİDEOHakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər

Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib.

"Report"un məlumatına görə, insident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İmil Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.

Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib.

Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər.