BolgeXeber.Com » Gündəm » Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"

Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"

21-11-2016, 11:21
Oxunub: 5 899 Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar""Aclıqdan ölmə təhlükəsi ilə üz-üzə qalmışıq"

Ucar rayonu H.Əliyev kücəsi bina135 mənzil ev 7 sakini Əliyeva Nüşabə İntiqam qızı tərəfindən Bolgexeber.com-a şikayət məktubu göndərilib.

Ucar sakini sosial yardımların verilməsi prosesində rüşvət olduğunu yazır. Bolgexeber.com şikayət məktubunu olduğu kimi təqdim edir:

"Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 01 mart 2016-cı il tarixdə yaradılmış VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar ki, buna görə bizim kimi yoxsulluq həddində yaşayan ailələr çox-çox əziyyət çəkirlər. Artıq bunu təsdiq edən əlimdə mötəbər subutum var. Buda onu deməyə əsas verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsulluq həddində yaşayan vətəndaşlara dövlət tərəfindən ayrılan sosial yardımı rüşvətlə təyin edirlər. Belə ki, mən ünvanlı sosial yardım almaq ücün 07.03.2016-cı il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron VEMTAS sisteminə müraciət etdim.Cavab verildi ki, Azərbaycan Republikası Nazirlər kabinetinin 05.02.2016-ci il 37 nömrəli qərarina əsasən müraciətim vahid elektron müraciər və təyinat alt sistem tərəfindən 167447700187801 nömrə ilə qeydə alındı. 02 may 2016-cı il tarixdə mənə rəsmi cavab verilərək etdiyim müraciətə imtina verilib.Səbəbi isə mənim təqaüd alan şəxs olmağım barədə məlumatın öz təsdiqini tapmaması göstərilmişdir. Ancaq mən 2013-cü il tarixdən 2-ci qrup əliləm ki, buna görə hər ay 70 manat pensiya alıram.Həyat yoldaşım vəfat etdiyi üçün isə övladıma hər ay 46 manat müavinət verilir.Mən bu saxtakarlığa, qanunsuzluğa görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldırmışam.Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsi tərəfindən verilən arayışda əlilliyə və ailə başçısını itirməyimə görə pensiya almağım qeyd edilib.Bu fakt onu tam subut edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yoxsulluq həddində yaşayan ailələrin haqqın yeyir, ünvanlı sosial yardımlar yenədə əvvəlki kimi rüşvətlə satılır.Nazirlik həttda məhkəmələrə də təzyiq göstərir. Belə ki, mən iddiamı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə versəmdə oradan 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərilmiş onlar isə Şirvan İnzibati-İqtisad Məhkəməsinə göndərmişdilər.Hazırda iddia ərizəm Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim Müşfiq Həsənovun icraatındadır. Bildirirəm ki, həyat yoldaşım avtomobil qəzasında dünyasını dəyişib.Himayəmdə bir azyaşlı qızım var.Özüm ikinci qrup əlil olduğum üçün işləmirəm.Ailə başçısnı itirdiyimə görə ayda 46 manat və əlilliyə görə isə 70 manat müavinət alıram ki, buna görə yoxsulluq həddində yaşayırıq. Azyaşlı övladım yoxsulluqdan məktəbə günlərlə gedə bilmir. Aclıqdan ölmə təhlükəsi ilə üz-üzə qalmışıq.

Mən mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edirəm.Sizdən çox-çox xahiş edirəm saxtakarlıq edib bizim ailəyə ünvanlı sosial yardım verilməsindən qanunsuz imtina etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəli əməkdaşları barədə qanunu tədbirlər görəsiniz.Əlimdə olan konkret subutlar onu deməyə əsas verir ki, onların bu əməlləri korrupsiya cinayətidir, onlar yenə də əvvəlki kimi ünvanlı sosial yardımı rüşvətlə satırlar".

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com
Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"
Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"
Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"
Səlim Müslümova ünvanlı şikayət:"VEMTAS adlı sistemi idarə edən şəxslər saxtakarlıqla məşğuldurlar"