BolgeXeber.Com » Dünya » 1 milyard dollarlıq cərimə

1 milyard dollarlıq cərimə

25-08-2012, 20:55
Oxunub: 4 208 ABŞ məhkəməsi Cənubi Koreyanın texnologiya şirkəti “Samsung”-un “Apple” şirkətinin bir sıra patent hüququnu pozduğu hökmünü verib.

Bolgexeber.com-un “BBC”-yə istinadən verdiyi xəbərə görə, məhkəmə “Apple” şirkətinə 1.05 milyard dollar təzminat verilməsi göstərişini verib.
Məhkəmə qərarına görə, “Samsung” “Apple” şirkətinin proqram və dizayn patentini pozub. Məhkəmə həmçinin “Apple” tərəfindən “Samsung”un heç bir patent hüququnun pozulmadığı və “Samsung”-a heç bir təzminat verilməcəyi qərarını verib.
“Samsung” və “Apple” şirkətləri bir-birini patent hüquqlarını pozmaqda günahlandırır və bu ittihamlarla bağlı 9 ölkədə onların məhkəmə prosesi davam edir.