BolgeXeber.Com » Dünya » Ancelina Coli Pitlə cinsi əlaqə zamanı qanını onun üzərinə tökürmüş

Ancelina Coli Pitlə cinsi əlaqə zamanı qanını onun üzərinə tökürmüş

21-11-2016, 14:49
Oxunub: 2 807 Ancelina Coli Pitlə cinsi əlaqə zamanı qanını onun üzərinə tökürmüş Bred Pittin yaydığı səs yazıları sayəsində Ancelina Coli uşaqlarının qəyyumluğunu itirə bilər

Qaynarinfo.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlüyün evlilik dönəmində qeydə alınan səs yazısı var.

Yazıya əsasən, aktyor Coli haqqında bunları deyir: "Ancelina sanki 2 fərqli insan kimidir. Bəzən özünə zərər verəcək sözlər danışır və edir. Zorakı bir tərəfi var”.

Səs qeydlərində Ancelinanın cinsi əlaqə zamanı qolunu kəsib qanını həyat yoldaşının üstünə tökməsi barədə də məlumat verilir.

Ümumiyyətlə, aktrisanın narkotik asılılığından tutmuş, bir çox mühüm məsələləri özündə cəmləyən bu qeydlərin məhkəməyə təqdim ediləcəyi təqdirdə Colinin çətin vəziyyətə düşəcəyi iddia olunur.

Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2005-ci ildə ailə qurublar. Onların 6 uşağı var: 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb.

Bu ilin sentyabrında isə Coli qəflətən boşanma üçün məhkəməyə müraciət edib. Cütlüyün ayrılmasına səbəb kimi Bred Pittin həyat yoldaşına aktrisa Merion Kotiyarla xəyanət etməsi göstərilsə də, sonradan Kotiyar xəbərin yalan olduğunu bildirib.