BolgeXeber.Com » Dünya » Qoşulmama Hərəkatının Tehran sammiti başlayır

Qoşulmama Hərəkatının Tehran sammiti başlayır

26-08-2012, 19:30
Oxunub: 4 235 İranın paytaxtı Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammiti başlayır.

APA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yerli mediaya sammitə 27 prezident və 2 kralın qatılacağını deyib.
Onun sözlərinə görə, daha 7 ölkəni baş nazir, 9-nu vitse-prezident , 2-ni Məclis Başqanı, 5 ölkəni isə prezidentin xüsusi nümayəndəsi təmsil edəcək.

R. Mehmanpərəst bildirib ki, sammitə 23 ölkənin xarici işlər naziri və bir neçə digər sahələri əhatə edən nazirlər qatılacaq.

Mehmanpərəst onu da qeyd edib ki, sammitdə İranın Suriya problemini həll etmək üçün hazırladığı təkliflər paketi də müzakirə olunacaq.