BolgeXeber.Com » Media » Etimad Əsədov da deputatların maaşlarının kəsilməsi təklifini dəstəklədi

Etimad Əsədov da deputatların maaşlarının kəsilməsi təklifini dəstəklədi

22-11-2016, 10:05
Oxunub: 4 629  Etimad Əsədov da deputatların maaşlarının kəsilməsi təklifini dəstəklədiXəbər verildiyi kimi, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu Azərbaycan deputatlarının maaşlarının kəsilməsi ilə bağlı açıqlama verib

Xatırladaq ki, R.Kərimoğlu bildirib ki, 1500-2000 manat ehtiyacı olmayan, 10-15-20-25 ildir parlamentdə oturan deputatlar qoy bundan sonra millətə pulsuz xidmət etsinlər! O pulu da yönəltsinlər Şəhid ailələrinin 20 ildir verilməyən qanpulunun (hər ailəyə 11 min manatdır) ödənilməsinə! “Köməkçiləri ilə birlikdə ilə 3-4 milyon manat edir! Təkcə bu qənaətlə dövlət 4 ilə Şəhid ailələrinə olan borcunu tam bağlaya bilər! Cəbhədə hər iki ayağını itirmiş 18 yaşlı əsgərə 75 manat verilməsinə səs verən adamlara pul düşmür! Şəhid ailəsini 200 manatın ümidinə buraxılmasına səs verən deputata pul düşmür!”- deyə, R.Kərimoğlu saytımıza bildirmişdir.

Onun açıqlamasına münasibət bildirən Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov da QAZİLER.AZ-a bu fikirlə razılaşdığını bildirib:

“Bəli, mən də bu təkliflə razıyam! Qarabağ müharibəsində iştirak edib əlil olan 18-19 yaşlı gənclərimiz bu gün 75 manat pensiyanın ümidinə buraxılırsa, Milli Məclisdə əyləşən deputatlarımız niyə görə o qədər yüksək maaş almalıdırlar? Axı onların böyük əksəriyyəti imkanlı şəxslərdir, geniş biznes şəbəkələrinə malikdirlər. Hamımız çox gözəl bilirik ki, 3-4 nəfəri çıxmaqla, yerdə qalanların 1500-2000 min manata ehtiyacları yoxdur. Elə yaxşı olmazmı ki, onların maaşı şəhid ailələrinin qan pulunun ödənilməsinə yönəldilsin. Bu gün iki ayağını itirmiş Qazi qardaşlarımız acınacaqlı durumda yaşayırlar. Bu azmış kimi, hələ bir maaşlarının artırılmasını da tələb edirlər. Xalqın övladları gedib vətəni qoruyur, sağlamlığını itirir, ömürlük şikəst olurlar, yataq xəstəsinə çevrilirlər və bu parlament onlara 75 manat rəva görür, özlərinə isə 2000 manatı az bilirlər! Bu böyük ədalətsizlikdir, haqsızlıqdır! Qoy o kürsülərdə əyləşib özlərinə hər cür şərait yaradan “deputatlarımız” bundan utansınlar! Bu, biabırçılıqdır! utancvericidir! Sadəcə, ayıdbıdr!”.