BolgeXeber.Com » Şou-Biznes » Cavanşir Məmmədovun qızı “Kurtlar vadisi”nin aktyoruna ərə getdi – fotolar

Cavanşir Məmmədovun qızı “Kurtlar vadisi”nin aktyoruna ərə getdi – fotolar

22-11-2016, 10:07
Oxunub: 3 439 Cavanşir Məmmədovun qızı “Kurtlar vadisi”nin aktyoruna ərə getdi – fotolarƏməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Türkiyədə ərə gedib

Axşam.az-ın məlumatına görə, bu haqda xəbər türk saytlarında yayılıb.

Məlumatda Xatirənin türkiyəli aktyor Arif Selçukla nikah masasına oturduğu vurğulanıb.

“Cavanşir Məmmədovla Xalidə Məmmədova cütlüyünün qızı Xatirə ilə Necla-Burhan Selçukun oğlu Antakyada toy edib. Qohum və tanışlarının çıxış etdiyi toydan sonra cütlük onlar üçün təşkil olunan məclisə qatılıblar” deyə, xəbərdə yazılıb.

Açıqlama verən aktyor “Azərbaycanlıların qonaqpərvərliyi, mədəniyyəti bizimkilərə çox bənzəyir. Azərbaycanın ən sevilən ifaçısı Cavanşir Məmmədovun kürəkəni olmaqdan qürur duyuram. Cavanşir Məmmədov və ailəsi Hatayı çox bəyənib. Bizim künəfəmizdən xoşları gəlir. Cavanşir bəy burada konsert də verməyi düşünür” deyə, bildirib.

Qeyd edək ki, Arif Selçuk “Kırqın çiçekler”, “Küçük gelin”, “Kurtlar vadisi pusu”, “Gecenin kraliçesi” kimi seriallarda rol alıb.
Cavanşir Məmmədovun qızı “Kurtlar vadisi”nin aktyoruna ərə getdi – fotolar
Cavanşir Məmmədovun qızı “Kurtlar vadisi”nin aktyoruna ərə getdi – fotolar