BolgeXeber.Com » Sosial » Bankların daha bir oyunu: Diqqətli olun! – Video

Bankların daha bir oyunu: Diqqətli olun! – Video

22-11-2016, 10:10
Oxunub: 2 914 Bankların daha bir oyunu: Diqqətli olun! – VideoMərkəzi Bank dolların bu günə olan məzənnəsini 1.70 səviyyəsində təyin etdiyi halda, bank onlayn köçürmə zamanı 1.64-lə hesablayır. Böyük məbləğlərdə pulun köçürülməsi zamanı isə müştərilər böyük itkilərlə qarşılaşır

Xezerxeber.com xəbər verir ki, eyni bankda olan dollar hesabındakı məbləği manat hesabına köçürmək üçün onlayn valyuta satışı xidmətindən istifadə edən müştərinin pulu azalır.
Yəni müştəri hər 100 dollara görə rəsmi məzənnədən 6 manat daha az pul alır. Əslində isə banklar 100 dolları hətta 177 manata da dəyişməyə hazırdır.
Maliyyə Bazarına Nəzarət Palatasından bildirilir ki, rəsmi məzənnədən yayınma qayda pozuntusudur və vətəndaşın müraciətindən sonra məsələ araşdırılaracaq və lazimi tədbirlər görüləcək. Hüquqşünaslar isə bildirir ki, vətəndaş məhkəmə üsulu ilə də haqqını tələb edə bilər.
Mütəxəssislər bildirir ki, onlayn valyuta satışı və alışını edənlərin bir çoxunun xaricdə olmasından istifadə edən bankların bu addımı sektora inamın azalmasına səbəb olur.