BolgeXeber.Com » Ölkə » Coğrafiya İnstitutu: Azərbaycanda noyabrda 4 dərəcə şaxta olması qeyri-adi haldır
Coğrafiya İnstitutu: Azərbaycanda noyabrda 4 dərəcə şaxta olması qeyri-adi haldır
22-11-2016, 14:48
Oxunub: 2 561
“Noyabrın ikinci ongünlüyündə temperaturun mənfi olması bu dövr üçün xarakterik deyil”
Bolgexeber.com xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov APA-ya bildirib ki, yalnız dekabrın 10-dan sonra Bakıda mənfi temperaturlar müşahidə oluna bilər.
Onun sözlərinə görə, noyabrın 23-24-də havanın temperaturunun 0-4 dərəcə şaxta olması qeyri-adi haldır.
M. Həsənov vurğulayıb ki, noyabrın sonlarında havanın normal temperaturu 2-3 dərəcə isti ola bilər: “Mənfi temperatur şimal rayonlarında – Şəki, Zaqatala və digərlərində mümkündür, ancaq Bakı üçün normal deyil. Havanın temperaturunun mənfi olması üçün ölkə ərazisinə kəskin arktik hava kütləsi daxil olmalı və bir neçə gün davam etməlidir. Bunun nəticəsində 4-5 dərəcə şaxta ola bilər. Amma bu gün ölkədə şimal-qərb hava kütləsi hökm sürür və bu hava kütləsinə uyğun olaraq havanın temperaturu 2-3 dərəcə isti olmalıdır. Axşamdan hava kəskin dəyişsə belə, yaxın iki gündə -4 dərəcə şaxtanın olması ehtimalı yoxdur”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər