BolgeXeber.Com » Bölgə » Ədliyyə işçiləri peşə bayramlarını qeyd edir-Cəlilabadda(FOTOLAR)

Ədliyyə işçiləri peşə bayramlarını qeyd edir-Cəlilabadda(FOTOLAR)

22-11-2016, 14:54
Oxunub: 6 433 Ədliyyə işçiləri peşə bayramlarını qeyd edir-Cəlilabadda(FOTOLAR)Ənənəvi peşə bayramına toplaşan Cəlilabad rayonunun ədliyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri tədbirə Azərbaycan xalqının ümummilli lideri, unudulmaz böyük şəxsiyyət Heydər Əliyevin abidəsini ziyarətlə başladılar

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoyaraq ulu öndərin ruhuna dərin ehtiramlarını bildirdilər. Bayram tədbiri Heydər Əliyev Mərkəzində davam etdi.Tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətini, həmçinin Cəlilabad rayonuna səfərlərini əks etdirən fotolarla tanış oldular. İcra hakimiyyətinin başçısı Ə.Əzizov Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışdı. Qeyd olundu ki, son illərdə Cəlilabadın ədliyyə orqanları da böyük uğurlar qazanıblar. Ədliyyə işçilərini təbrik edən rayon rəhbəri onlara yeni nailiyyətlər arzuladı.
Tədbirdə dövlətçiliyin möhkəmlənməsində xidmətlərinə, qanunçuluğun qorunmasında uğurlarına görə rayon məhkəməsinin əməkdaşlarına icra hakimiyyətinin fəxri fərmanları təqdim olundu.
Cəlilabad Rayon Məhkəməsinin sədri Əliəjdər Ələkbərov ölkədə aparılan hüquqi islahatların nümunəvi fəaliyyət üçün real zəmin yaratdığını söylədi. O, bildirdi ki, təkcə bu ilin əvvəlindən Cəlilabad məhkəməsində 6 mindən çox hüquqi və mülki işə baxılıb və rayon mnəhkəməsinin qərarlarından yuxarı instansiyalara minimum sayda şikayət və protestlər verilib.Diqqətə görə minnətdarlıq edən məhkəmə sədri bundan sonra da qanunçuluğun keşiyində layiqincə dayanacaqlarını bildirdi.
Rayon prokuroru Tariyel Ələkbərov, Dövlət Təhlükəsizlik Xidməti rayon şöbəsinin rəisi Mehman Qasımov, Polis şöbəsinin rəis müavini Eldar Səfərov, Qeydiyyat şöbəsinin rəisi Səadət Məlikova, Cəlilabad Hərbi məhkəməsinin sədri Əli Süleymanov və başqaları da çıxış edərək ədliyyə sistemində çalışan həmkarlarına, məhkəmə heyətinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırdılar.
Bolgexeber.com