BolgeXeber.Com » Dünya » Yunan qəzeti oxucularına Atatürkün çıxışlarını hədiyyə edəcək

Yunan qəzeti oxucularına Atatürkün çıxışlarını hədiyyə edəcək

27-08-2012, 10:30
Oxunub: 4 318 Yunanıstanın böyük mətbu orqanlarından olan “TaNea” qəzeti oxucularına dünyanın tanınmış liderlərinin çıxışlarını hədiyyə edəcək.

“Dünyanı dəyişdirən çıxışlar” şüarı ilə başladılan kampaniyanın ilk hədiyyəsi Mustafa Kamal Atatürkün “Nutuk” (Nitq – Çıxışlar) kitabı olacaq. Qeyd edək ki, qəzet gələcək buraxılışlarında Con Kennedinin, Nelson Mandelanın, Malkom X-in, Fidel Kastro və s. tanınmış liderlərin çıxışlarını da kitabcıq şəklində oxucularına hədiyyə edəcək.