Ayın fatehi öldü
26-08-2012, 23:35
Oxunub: 4 098
Ayın səthinə ilk ayaq basan insan – amerikalı astronavt Nil Armstronq avqustun 25-də 82 yaşında vəfat edib.
Bolgexeber.com-un Reuters-ə istinadən məlumatına görə, astronavtın ölümünün səbəbi bu ayın əvvəlində koronar artiyalarda aparılmış cərrahiyyə əməliyyatından sonrakı ağırlaşma olub.
1969-cu ilin iyulunda Armstronq, Ayın səthinə enmək tapşırığı almış “Apollon-11” kosmik gəmisinin ekipajına rəhbərlik edirdi. 1969-cu il iyulun 20-də Nil Armstronq tarixdə Ayın səthinə ilk ayaq basmış insan oldu. Tərəfdaşı Edvin Oldrinlə bərabər o, Yerin təbii peykində 2 saat yarıma qədər vaxt keçirdi.
Nil Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta şəhərində anadan olub. Hərbi xidməti ABŞ hərbi dəniz qüvvələrinin tərkibində keçib. Xidmət zamanı 1951-1952-ci illərdə Koreya müharibəsində iştirak edib və 78 döyüş uçuşu keçirib.
Hərbi xidmətdən sonra o, sınaqçı-pilot kimi fəaliyyət göstərib. 1962-ci ildə NASA-nın astronavtlar qrupuna daxil edilib. 1966-cı ildə “Cemini-8” missiyasının tərkibində kosmosa ilk uçuşunu edib.
1971-ci ildə Armstronq NASA-dan ayrılıb, müəllimlik və biznes fəaliyyətilə məşğul olub.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər