BolgeXeber.Com » Sosial » Bakıda hava ilə əlaqədar sığınacaqlar təşkil edilməyib

Bakıda hava ilə əlaqədar sığınacaqlar təşkil edilməyib

23-11-2016, 12:34
Oxunub: 2 661 Bakıda hava ilə əlaqədar sığınacaqlar təşkil edilməyib"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakıda müvəqqəti sığınacaqlar təşkil etməyib”

Bolgexeber.com xəbər verir ki, nazirliyin 142 - “Çağrı mərkəzi”dən “Report”a verilən məlumata görə, ötən gecə paytaxtda qar yağması və şaxtalı hava müşahidə olunmasından sonra müvəqqəti sığınacaqların yaradılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat yanlışdır:

“Bakıda bugünlərdə nazirlik heç bir sığınacaq təşkil etməyib. Bakının Nərimanov rayonu, Xətai prospekti, 11, Nəsimi rayonu, S.Rüstəm küçəsi, 69, Xətai rayonu, Sarayev küçəsi 20, Xəzər rayonu, A.Ildırım küçəsi 18 və Nizami rayonu, Q.Qarayev küçəsi, 118 ünvanlarında 5 günlük sığınacaq mərkəzləri yaradılması ilə bağlı yayılan məlumat 2014-cu ilə aiddir”.