155 manatla dolanmaq mümkündürmü? – Fərq 2 dəfəyə yaxındır
23-11-2016, 12:40
Oxunub: 3 127
Yaşayış minimumun gerçək dəyəri nə qədirdir?!
İqtisadi Tədqiqatlar Mərkəzinin hesablaması hökumətinkindən fərqlidir.Hazırda Azərbaycanda rəsmi yaşayış minimumu 136 manatdır.
2017-ci il yanvarın 1-dən bu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhaliyə görə 164,5 manat, pensiyaçılara 130,2 manat, uşaqlardan ötrü isə 136,6 manat məbləğində müəyyən edilməlidir.
Azadlıq radiosunun məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) isə Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi” nə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlər üzrə yaşayış minimumunun dəyərini hesablayıb.
İTM ekspertlərindən Qubad İbadoğlu yazır ki, bu ilin oktyabrına olan qiymətlər əsasında apardığı alternativ hesablamalara görə, yaşayış minimumun dəyəri əmək qabiliyyətli əhaliyə 253,4 manat olmalıdır. Bu rəqəm pensiyaçılara 199,9 manat, uşaqlardan ötrü də 259,9 manat müəyyən edilməlidir.
“Göründüyü kimi, ötən aya olan yaşayış minimumun gerçək dəyəri növbəti il üçün müəyyənləşdirilən rəsmi dəyərindən – əmək qabiliyyətli əhali qrupu üzrə 88,9 manat (35,1 faiz) , pensiyaçılar qrupu üzrə 69,7 manat (34,9 faiz), uşaqlar üçün 123,3 manat (47,5 faiz) çoxdur”, – deyə ekspert qeyd edir.
Fərq uşaqlarda 2 dəfəyə yaxındır
Hesablamalar arasında daha böyük- 2 dəfəyə yaxın fərq uşaqların yaşayış minimumun dəyərində qeydə alınıb. Q.İbadoğlu bunun başlıca səbəbini Azərbaycanda uşaqların qida və geyim məhsullarının baha olması ilə izah edir.
O, əlavə edir ki, ərzaq məhsullarına yönələn xərclərin əmək qabiliyyətli əhalinin yaşayış minimumunun dəyərində payı 58 faiz, pensiyaçılarda 67 faiz, uşaqlarda isə 61 faiz təşkil edib: “Göründüyü kimi, ərzaq xərcləri pensiyaçıların yaşayış minimumun dəyərində daha çox paya malikdir”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə