BolgeXeber.Com » Bölgə » İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir

İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir

24-11-2016, 16:51
Oxunub: 10 040 İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir  Balakəndə şəhid anası ölümlə üz-üzə qalıb

İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir Şəhid ailələri, müharibə veteranları, məcburi köçkünlər, bir sözlə təminatlı ailələr dövlət tərəfindən hər zaman uca tutulmaqla yanaşı, onlara xüsusi qayğı göstərilir. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə çıxışlarında yerli məmurlara barmaq silkələyərək öz vəzifələrinə sədaqətlə qulluq etmələrini tapşırıq verib. Və vurğulayıb ki, şəhid ailələrinə, müharibə veteranlarına, məcburi köçkünlərə qayğı və diqqətlə yanaşsınlar. Bəli, ölkə başçısının verdiyi tapşırıq və göstərişlər müzakirə edilmədən yerinə yetirilməlidir. Çox təəssüf ki, bəzi məmurlar özlərində müəyyən qədər arxayınlıq yaratdıqlarından vətəndaşları narahat edən problemlərin həllinə yardımçı olmamaqla yanaşı, heç sakinləri qəbul etməyi belə özlərinə sığışdırmırlar. Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev cənabları da belə məmurlardandır. Bu gün Balakən rayonunun mərkəzi küçəsindən başqa, istər kəndlərin, istərsə də elə rayon mərkəzinin ara yolları olduqca baxımsız durumdadır. Əhali olmazın əziyyətlər çəkir. Sosial problemlər yerli sakinləri artıq təngə gətirib. Onların dərdinə əlac edən isə yoxdur. Rayon rəhbərliyinə edilən müraciətlər cavabsız qalır. Vətəndaşlar məcburiyyət qarşısında qaldıqlarından dərdlərinin əlacını mətbuata üz tutmaqda görürlər.

Qeyd edək ki, bu gün dünyada baş verən devalvasiya fonunda ölkələr turist cəlb etməklə, yerli infrastrukturu inkişaf etdirməklə maliyyə sıxıntılarını qarşılamaqğa çalışır. Dövlət vəsiyyəsində də ölkəmizdə bu istiqamətdə yorulmadan işlər aparılır. Kənd təsərrüfatının inkişafı, sahibkarlığın artırılması, turizm zonalarının yaradılması və.s qarşıda duran məqsədlərdir. Deyərdik ki, Balakən rayonu turistlərin üz tuta biləcəyi məkanlarımızdandır. Amma bu rayonda turizmin inkişafı üçün elə də böyük işlər görülməyib. İllər öncə rayonun mərkəzində bir kanat xətti yaratmaqla turist cəlb etmək mümkün deyil. Ona görə də, investorlar cəlb etməklə yeni layihələr həyata keçirilməli, turizmin inkişafı üçün addımlar atılmalıdır. Təəssüf olsun ki, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bu kimi işləri həyata keçirə bilmir. Maraqlıdır ki, bəzən hansısa rayon rəhbərliyi yuxarıda qeyd etdiyimiz məsələlərdə addımlar atmasa belə, çalışır ki, yeri sakinlər heç olmasa əziyyət çəkməsinlər. Onların problemlərinin həlli ilə mütəmadi maraqlanır, gücü çatan köməkliyi göstərir. Lakin Balakən rayon İcra Hakimiyyətinin rəhbəri bunu da etmir. Əgər etmiş olsaydı, bir şəhid anasının fəryadına səs verərdi. O şəhid anası ki, oğlunu sevinə-sevinə Vətənin müdafiəsi üçün yola saldı.

Düşünmədi ki, oğlu şəhid olar, heç onun meyidini belə görməz. Amma Balakən şəhər, 20 yanvar küçəsi ev 14-də yaşayan Töhfə Vəli qızı Əliyeva bunları düşünmədən «oğlum əsgər gedir», deyə sevindi. Töhfə Əliyevanın övladı Saleh Mustafa oğlu Əliyev isə biryolluq getdi. Müharibənin odlu-alovlu dövründə torpaqlarımızı qorunmaqdan kimlərsə qaçıb gizlənəndə Saleh Əliyev alnını da qırışdırmadan «Vətən sənə canım fəda» dedi və hərbi xidmətə yollandı. Amma günün birində eşidildi ki, Vətən yolunda Saleh Əliyevin şəhid olub. Vaxtı ilə sevinə-sevinə oğul yola salan Töhfə Əliyeva bilməzdi ki, nə vaxtsa onu narahat edən bir problemə kömək edən tapılmaz. Bəli, bu gün şəhid anasının başına uçub dağılmaqda olan mənzilini təmir etməyə rayon rəhbərliyinin gücü çatmır. Şəhid anası dəfələrlə Balakən rayon İcra Hakimiyyətinə müracitlər etsə də, ona müsbət cavab verilməyib. Hər dəfə müxtəlif vədlərlə aldadılıb. Qeyd edək ki, şəhid anasının yaşadığı mənzil qəzalı vəziyyətdədir. Hər zaman uçub-dağıla bilər. Bu zaman isə, Töhfə ananın sağ qalmaq ehtimalı olduqca azdır. Ona görə də, şəhid anasına sahib çıxmaq lazımdır. Çünki onun oğlu Vətənə sahib çıxmaq, düşmənlərdən qorumaq üçün getmişdi. Bir şəhid anasına rayon rəhbərliyi bu münasibəti sərgiləyirsə, gör digər vətəndaşlara qarşı hansı mövqedədir. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir
İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir
İcra başçısı İslam Rzayev vətəndaşın problemini həll etmək istəmir


gundelik-baku.com