Tramp: Prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib
28-11-2016, 12:23
Oxunub: 3 112
ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter”ində yazıb.
“Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib. Bəs nəyə görə KİV-lər bu barədə yazmır? Bu kimi təhrif - böyük bir problemdir”, - Tramp qeyd edib.
Seçkilərin nəticələrinə görə, adıçəkilən ştatlarda Trampın rəqibi Hillari Klinton qalib gəlib. Bundan əvvəl Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini bəyan edib.
Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib. Donald Tramp isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb.
Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından namizəd milyarder Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 306, Hillari Klinton isə 232 səsini toplayıb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər