BolgeXeber.Com » Gündəm » Nazim İsmayılovun gəlir mənbəyi haradır? -Sabirabad RİH-nin talanının təfərrüatları

Nazim İsmayılovun gəlir mənbəyi haradır? -Sabirabad RİH-nin talanının təfərrüatları

29-11-2016, 14:00
Oxunub: 9 222 Nazim İsmayılovun gəlir mənbəyi haradır? -Sabirabad RİH-nin talanının təfərrüatlarıBir müddət mətbuatda Nazim İsmayılov və oğlu haqqında böyük ajotaj yaradan məlumatlar dolaşırdı

Bolgexeber.com bildirir ki, bir müddət öncə İlham Əliyev Nazirlər Kabinetinin toplantılarının birində bəzi nazirliklərə, icra başçılarına sərt xəbərdarlıq etmişdi. Sahibkarlığın inkişafı barədə danışan prezident bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi. Prezidentin bu çıxışından sonra gözlənilirdi ki, bəzi icra başçıları öz fəaliyyətlərində dönüş yaradacaq və sahibkarlara etdikləri təzyiqlərə son qoyacaqlar. Lakin çox təəsüf hissi ilə bildiririk ki, bir çox icra başçıları hələ də prezidentin sərt göstərişindən lazımı nəticə çıxarmayıblar.
Bununla bağlı rəsmən təksib olunmayan məlumatlar əsasında apardığımız araşdırmalardan belə aydın olur ki, Sabirabad rayonunda sahibkarlardan zorla pul toplanır. Prezidentin rayonların abalşadırılması və sosial inkişafını təmin edilməsi üçün ayırdığı vəsaitlər mənimsənilir.
Cumhuriyyet.net saytına istinadən deyə bilərik ki, rayon icra başçısı Nazim İsmayılov birinci müavini Həsən Həsənovla birlikdə rayondakı büdcə təşkilatlarına və rayonda sahibkarlıqla məşğul olan insanlara aylıq “haqq” qoyublar. Belə ki, rayondakı büdcə təşkilatları ilə aparılan “haqq-hesab” işlərini icra başçısı adından müavini Həsən Həsənov görür. Bütün “haqq-hesab səlahiyyətlərini” öz əlində cəmləşdirən H.Həsənov büdcə təşkilatlarından və sahibkarlardan yığdığı vəsaitləri rayonun abadlaşdırılması və tikinti işləri üçün xərcləndiyini bildirir. Amma rayonlarımızın abadlaşdırılması və yenidənqurma işləri üçün İlham Əliyevin həm dövlət büdcəsindən, həm də ehtiyat fondundan vəsait ayırdığı məlum məsələdir. Bu halda Həsən Həsənov hansı abadlıq işlərinin aparılması üçün büdcə təşkilatlarından və sahibkarlardan pul toplayır və hansı əsasla? Əslində Sabirabadda hamı yaxşı bilir ki, Həsən Həsənovun yığdığı vəsaitlər birbaşa icra başçısı Nazim İsmayılova çatır. Başçı isə öz növbəsində həmin vəsaiti özünün şəxsi işləri üçün xərcləyir. Həsən Həsənovun Nazim İsmayılov üçün vəsait yığmasının əvəzində isə icra başçısı Sabirabad rayonunda həyata keçirilən bir çox abadlıq, tikinti işlərini müavininə həvalə edib.
Bir müddət mətbuatda Nazim İsmayılov və oğlu haqqında böyük ajotaj yaradan məlumatlar dolaşırdı.
N.İsmayılovun oğlunun hansı əməllərini ört-basdır etdiyini və onun üçün hansı rayonda saray inşa etdirdiyindən xəbərdar olmaq üçün bizi izləməyə davam edin.

Yazılanlarla bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.
Bolgexeber.com