BolgeXeber.Com » Dünya » Qadın kişinin başını kəsdi

Qadın kişinin başını kəsdi

29-08-2012, 15:40
Oxunub: 6 706 Avqustun 29-na keçən gecə Türkiyənin İsparta vilayətinin Yalvaç rayonunda dəhşətli qətl hadisəsi törədilib.

Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Nevin Yıldırım adlı qadın həmyerlisi Nurəddin Gideri ov tüfəngi ilə güllələyib.

Məlumata görə, 35 yaşlı qadın 39 yaşlı N.Gideri güllələyərək qətlə yetirdikdən sonra onun başını kəsib. Daha sonra qadın kəsdiyi başı çuvala qoyub və Yalvaçın mərkəzindəki meydana gətirib. O N.Giderin başını meydana tullayıb və “Millət kəllə görsün” deyərək çığırıb.


Hadisədən sonra N.Yıldırıb tutulub. O, öldürdüyü şəxsin meyitinin yerini göstərib.


Dəhşətli hadisənin səbəbləri hələlik məlum deyil.