BolgeXeber.Com » Müsahibə-Reportaj » Metroda gediş haqqı artacaq? - Rəsmi açıqlama

Metroda gediş haqqı artacaq? - Rəsmi açıqlama

28-11-2016, 17:11
Oxunub: 3 416 Metroda gediş haqqı artacaq? - Rəsmi açıqlama"Bakı Metropoliteni” QSC 2017-ci ildə metroda gediş haqqının artırılmasına aydınlıq gətirib

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında bildirib ki, 2017-ci il yanvar ayının 1-dən sonra metroda gediş haqqlarının artırılması ilə bağlı “Bakı Metropoliteni”ndə hər hansı bir məlumat yoxdur:

“Metroda gediş haqqını “Bakı Metropoliteni” müəyyənləşdirmir. Bu Tarif Şurasının səlahiyyətində olan məsələdir. “Bakı Metropoliteni” qiymət artımı ilə bağlı Tarif Şurasına hər hansı müraciət ünvanlamayıb.”

N.Paşayev onu da qeyd edib ki, “Bakı Metropoliteni” həmişə dövlətdən ayrılan dotasiya ilə işləyib:

“Bu hökümətin sosialyönümlü siyasətinin nəticəsidir ki, bir sərnişinin daşınma xərci gediş haqqından baha olsa belə, ayrılan vəsait hesabına qiymət artımı olmayıb. Hazırda dövlət bizə dotasiya verir”.