BolgeXeber.Com » Sosial » "Kapital Bank" da bir yandan narazılıq yaradır - ŞİKAYƏT

"Kapital Bank" da bir yandan narazılıq yaradır - ŞİKAYƏT

30-11-2016, 11:54
Oxunub: 2 997 "Kapital Bank" da bir yandan narazılıq yaradır - ŞİKAYƏTYerli sakinlər "Kapitalbank”ın Saatlı rayon filialının fəaliyyətindən narazıdırlar

Bolgexeber.com
gündəm xəbər-ə istinadən xəbər verir ki, Saatlı sakini İlham Süleymanov yazır ki, rayionda əhali kənd təsərrüfatına ayrılan subsidiyaların alınması zamanı əziyyət çəkir: "Kapitalbank”a doğru insan axınının olduğunu gördükdə bunun səbəbini soruşdum. Dedilər ki, "torpaq pulu” buraxılır. Yəni ki, taxıl və digər bitkilərin əkini və biçini üçün dövlət tərəfindən verilən subsidiya. Mən də «Kapitalbank»ın rayon filialına tərəf üz tutdum. Bankın qarşısında adam əlindən tərpənmək olmurdu. Məlumat üçün bildirim ki, düz bir ilə yaxın olar ki, kənd camaatı dadı məmurların, adı isə onların olan subsidiyanı səbirsizliklə gözləyirdi. Gecikmiş olsa da, insanların üzündə bir sevinc var idi”. Şikayətçi yazır ki, Saatlı sakinləri olduqca çətin vəziyyətdə yaşayır: "Qazsız, işıqsız, işsiz və dilənçi vəziyyətindəyik. Subsidiyalar verilən gün isə bankomatın qarşısında dayanan camaatın üzündəki sevinc qəzəbə çevrildi. Sakinlər «Kapitalbank»ın müdiri Sakit Zahidovun, eləcə də digər səlahiyyətlilərin qarasınca nifrət dolu danışırdılar. Sən demə, dövlətin əkin-biçin üçün verdiyi subsidiya yoxa çıxıb. Taxıl pulu kəsirlə verilsə də, digər bitkilərə ayrılan pulların hara getdiyi və kimlər tərəfindən götürüldüyü məlum deyildi. Bankın qarşısında ara əməlli-başlıca qarışmışdı. Qəzəbli camaat dövlətin onlara verdiyi pulu Sakit Zahdovdan tələb edirdi. Sakit Zahidov isə öz növbəsində saymazyana şəkildə ora-bura var-gəl edərək bircə onu deyirdi: «Gedin əliniz hara çatır, şikayət edin». Maraqlı burasıdır ki, kimlərin ki, «Kapitalbank»a kredit borcu var idisə, onların heç biri bir manat da ala bilmədi. Hamısı Sakit Zahidov tərəfindən götürülmüşdü. Bir sözlə, kredit borcu olanların oduna 4-5 ailənin də təsərrüfatını yandırdılar. Göründüyü kimi, sözdə kənd təsərrüfatının inkişafından utanıb çəkinmədən danışan yerli icra məmurları əməldə aldığı qəpik-quruş pensiya ilə əkin-biçinlə məşbul olan kənd camaatını bax beləcə istismar edir”. Saatlı sakini İlham Süleymanov yazır ki, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri dövlətin verdiyi subsidiyalardan kredit borcunun çıxılmasının qanusuz və yolverilməz olduğunu deyir: "Qanunverici orqan olan Milli Məclisin deputatları da həmçinin. Sakit Zahidov isə görün nə deyir? «Kapitalbank» Paşayevlərindir. Bütün pullar da onlara gedir. Hər küçədən keçən efirə çıxıb ağzına gələni danışır. Bəli, Sakit Zahidov açıq-aşkar dövlətə və prezidentə meydan oxumaqla qanunları ayaqları altına atır və nüfuzlu ailənin adından istifadə etməkdən belə çəkinmir. Sakit Zahidovun qorxub-çəkinmədən belə arxayın danışmasının bilirsiniz, səbəbi nədir? Əlbəttə ki, pulu-parası. Onu da deyim ki, sadə vətəndaşların əzildiyi bu rayonda pul həmişə qanunlardan üstün tutulur. Qaldı ki, Sakit Zahidova vətəndaşlara qənim kəsilən bu adam nədən bol olmasa da pul sarıdan demək olar ki, heç vaxt korluq çəkməyir. O, məhkəmənin funksiyasını da özü yerinə yetirir. Məhkəmə qərarı olmadan kredit götürmüş vətəndaşların maaş və pensiya kartlarında çörəkpulu saxlamadan pulun hamısını götürür. Kimə şikayət edəcəksən? Sakit Zahidovun pulu, parası qarşısında hamı ram olaraq, ancaq onun maraqlarını müdafiə edirlər. İcra başçısı Siracəddin Cabbarov da artıq bir aya yaxın olar ki, qapısını vətəndaşların üzünə bağlayıb. Deyilənə görə başı pambığa qarışıb. Qul əməyi olan pambığın kimlər tərəfindən əkildiyini deyə bilməsəm də, lakin bircə onu bilirəm ki, kəndlinin təsərrüfatı bu gün özünün tənəzzül dövrünü yaşayır. Pul, toxum azot və mineral gübrələr yox, dövlətin «Lizinq» ə verdiyi texnikalar da ancaq Sakit Zahidov kimi pulu olan varlı-hallı məmur işbazların xidmətində dayanır”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.