BolgeXeber.Com » İdman » Qriqorçuk: "Necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir?"

Qriqorçuk: "Necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir?"

30-11-2016, 11:22
Oxunub: 3 572 Qriqorçuk: "Necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir?""İki komandanın ifasında gözəl və keyfiyyətli oyun gördük. Oyunun əvvəlində də, sonunda da səhvlər oldu. Bu səbəbdən qapımızda qol gördük"

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə "Qarabağ"la keçirilmiş oyundan sonra baş hakim Rəhim Həsənovun idarəçiliyindən narazılığını bildirib:
"Hakimlərlə bağlı dəfələrlə danışmışam. AZAL ilə oyundakı epizodları gördüm. Bu davam edir. Baş verənləri bir sırada adlandıra bilərik. Rəhbərliyə də demişəm ki, komandanı müdafiə etməliyik. Ancaq səmimi deyirəm, evə getmək istəmirəm. Ancaq komandanın bugünkü psixoloji vəziyyətində yanında olmalıyam. Açığı burada olmaq istəmirəm. Dediyim sözlər "Qarabağ"a aid deyil. Yüksək səviyyəli komandadır və yüksək səviyyəli baş məşqçiləri var".
Baş məşqçi meydançada baş verən insidentdən danışıb:
"Təkrar edirəm, mən evə getmək istəyirəm. Amma indiki vəziyyətdə komandanın yanında olmalıyam. Nəyin baş verməsindən asılı olmayaraq, futbolçularıma sevgim hədsizdir. Fikrimcə Azərbaycan hakimləri hakimliyi yaxşı bacarır. Amma necə olur ki, top futbolçunun üzünə dəyir və penalti qərarı verilir. Üstəlik AZAL ilə oyunda futbolçum yıxılır, təpik dəyir və bütün hakimlər baxır. İnsident zamanı istədim ki, komandam münaqişədə iştirak etməsin. Onları bundan uzaq saxlamaq istədim".