BolgeXeber.Com » Bölgə » Ağsuda sinif otağında ilan yuvası olan məktəb – FOTO

Ağsuda sinif otağında ilan yuvası olan məktəb – FOTO

30-11-2016, 12:17
Oxunub: 7 511 Ağsuda sinif otağında ilan yuvası olan məktəb – FOTO Məktəb acınacaqlı bir durumdadır

Ağsu rayon Sarvan kəndində olan ümumi orta məktəbin yararsız halda olması haqqında daxil olan məlumatdan sonra, həmin məktəbdə çəkiliş aparmağa qərar verdik. Eşitdiklərimizi gözümüzlə gördükdə dəhşətə gəldik. Məktəb acınacaqlı bir durumdadır. Binanın dam örtüyü yararsız halda olduğu üçün yağan yağışlar bir başa sinif otaqlarına tökülür. Divarlar çatlayıb, yaqin ki, qısa bir zamanda tam olaraq uçacaq.

Kənd sakinləri Sozcu.az-ın əməkdaşına bildiriblər ki, yayda sinif otaqlarında ilan yuvaları olur. Məcbur olub ilan yuvalarının ağzını tuturlar ki, ilanlar sinifə girib şagirdləri vurmasın. "Bu məktəbə uşaq göndərmək o deməkdir ki. Bilə -bilə övladlarımızı ölümə göndəririk "deyə sakinlər bildiriblər. Məktəb uşaqlarının içdikləri su dəhşətli bir haldadır. İçi zibillə dolu olan "su quyusu”ndan su içməyə məcbur olan şagirdlərin sağlalmıqları təhlükə altındadır.

Sizin vasitəniz ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Heydət Əliyev Fondunun Prezidenti Mehriban Əliyevə müraciət edən şagirdlər, normal bir məktəblərinin olmasına yardım etmələrini xahiş ediblər. Sarvan kəndinin sakinləri də dövlətdən kömək umaraq, bu xaraba binanın yerinə normal bir məktəb binası tikilməsini istəyirlər.
Bolgexeber.com
Ağsuda sinif otağında ilan yuvası olan məktəb – FOTO
Ağsuda sinif otağında ilan yuvası olan məktəb – FOTO