BolgeXeber.Com » Şou-Biznes » Elzadan yeni şeir : “Bahalaşma qazım mənim, üşüməsin …. mənim”

Elzadan yeni şeir : “Bahalaşma qazım mənim, üşüməsin …. mənim”

30-11-2016, 13:19
Oxunub: 4 261 Elzadan yeni şeir : “Bahalaşma qazım mənim, üşüməsin …. mənim”Elza bu dəfə qazın və elektrik enerjisinin qiymətinin bahalaşmasına şeir həsr edib

Bolgexeber.com həmin şeiri təqdim edir:

Qış elə soyuqdur ki,

Qaz isitmir evimizi,

Qoz qabığı yandırıb

Qazlayırıq özümüzü

Günün soyuğunda

Qazsız qaz yolmaq olmur

Boşalmaq, dolmaq olmur

Qazdı, işıqdı

Bunlar evə yaraşıqdı

Qaz yaraşırdı evimizə

İşıqda yaraşırdı

Amma qaz çox yananda,

Qazpulu yığan çaşırdı

İşıqları söndürəndə

Hamının dili dolaşırdı

Qaz ha qaz, özümə quyu qazdım

Qazsız azdım,

İşıqsız azaldım…

Qaz bahadırsa ay insan

Odun sobası al

Ağac kəs, odun topla

Yalan danış, gopla

İşığı kəsəndə

Düş həyətə oyna topla

Topla ay adam işığını, qazını

Çoxunu azını

Ay kasıb adam,

Evi nəfəsinlə isit

Kəsməsinlər qazını.

Diferensiallaşma

Aşma

Çaşma

Bax mənim görüntümə, yaşıma

Diferensiallaşma!!!

Qaz, Diferensiallaşma!

Elektrik, Diferensiallaşma!

Oyyy, nələr gəldi başıma!

Qazzzzz

Qaz ha qazzzz!

Kəsilmə qaz,

Bahalaşma qazım mənim,

Üşüməsin quzum mənim!