BolgeXeber.Com » Xəbərlər » Dələduz qardaş oğlunun həbsi başçının sonunu gətirdi - Təfsilat

Dələduz qardaş oğlunun həbsi başçının sonunu gətirdi - Təfsilat

30-11-2016, 18:07
Oxunub: 2 152 Dələduz qardaş oğlunun həbsi başçının sonunu gətirdi - TəfsilatBeyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs olunub

Bolgexeber.com politika.az-a istinadən xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Adəm Məmmədov deyib. Vəkil Yunis Abdullayevin hazırda Kürdəxanı təcridxanasında saxlanıldığını bildirib: Bu barədə mətbuata məlumat verilməmişdən əvvəl məhkəmə həbs qəti imkan tədbiri seçilmişdi. 3 aydan sonra məhkəmə həbs müddətini uzatmadığına görə o, azad olunmuşdu. Sonra digər epizodlar ortaya çıxdı. Həmin epizodlara görə, Yunis Abdullayev 11 noyabrda məhkəmənin qərarı ilə həbs olunub”. Y.Abdullayevin dələduzluqda ittiham olunduğu bildirilir. Onun həbsi başçı olan əmisinin reputasiyasına zərbə vurub. Beyləqanın icra hakimi yeganə şəxsdir ki, ən çox adı qalmaqallarda hallanır. İndiyə qədər heç bir icra başçısı bu qədər, yəni ilin sonuna kimi medianın gündəmində olmayıb. V.Abdullayevin imici və reytinqi onsuz da həmişə aşağı olub. Buna səbəb də müxtəlif kuryoz hadisələrdə, biabırçı addımlarda adının çəilməsidir. Məsələn, fakt təqdim etmişdik: prezidentin rayona gəlişi ərəfəsində tibb işçilərinə küçə süpürtdürür. Onun haqqında Prezident Administrasiyasına saysız-hesabsız şikayətlər ünvanlanır. İcra başçısının yola salınması üçün bütün şərtlər yetişib. Vaqif Abdullayev sakinləri, iş adamlarını, fermerləri, kəndliləri, müəllim və həkimləri bezdirib. Bu gedişlə növbəti İsmayıllı hadisələri Beyləqanda baş verə bilər. Hakimiyyət kluarlarında isə icra hakimlərinin siyahısı hazırlanır. Vaqif Abdullayevin də adının qara dəftərdə olduğu bildirilir. Xatırladaq ki, prezidentin rayona son səfərində isə rayon rəhbərliyi və Azərsu sədri ağ yalanlar açıqlamışdı. Beyləqan rayonda “Su Təchizatı və Kanalizasiya” sistemlərinin qurulması işlərində şok korrupsiya faktları var idi. Müəyyən qrup tərəfindən ələ keçirilən layihədə milyonlar mənimsənilib. Maraqlı burasıdır ki, bu layihədə Qorxmaz Hüseynovu daha çox Azərbaycan və Almaniya birgə müəssisəsi ” T.T.Ş. Inşaat MMC & Ludwig Pfeiffer Hoch-und Tiefbau GmbH & Co.KG ” şirkətinin «fəaliyyəti» ilə «vururlar». Media üzərindən yayılan xəbərlərdə deyilirdi ki, bu MMC-nin Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində şəhər daxilində 77,6 kilometr su, 71 kilometr kanalizasiya şəbəkəsinin yaradılması, 3400 smart-kart tipli sayğacın quraşdırılması prosesində ayrılmış 50 milyon manata yaxın vəsaitə rəğmən, keyfiyyətsiz işlər görməsi iddia olunur. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.