BolgeXeber.Com » Gündəm » Heydər Əliyev - 41

Heydər Əliyev - 41

12-07-2010, 14:30
Oxunub: 8 682
Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümü ilə bağlı Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 41-ci ildönümü ilə bağlı Milli Parkda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq. Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən “Bolgexeber”e daxil olan məlumata görə, tədbir iyunun 14-də saat 21.00-da Milli Parkdakı saat qülləsinin qarşısında başlayacaq. Şəhər rəhbərliyi paytaxt sakinlərini və şəhərin qonaqlarını konsert proqramında iştirak etməyə dəvət edib.