BolgeXeber.Com » Bölgə » Ağsu aşırımında maşın dərəyə aşdı

Ağsu aşırımında maşın dərəyə aşdı

22-12-2010, 17:25
Oxunub: 4 886 Bir ölü, bir yaralı

Ağsu rayonunda ağır yol-qəza hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin hadisə yerində olan müstəntiqi Mübariz Nəsirovun “Bolgexeber”-ə verdiyi məlumata görə, hadisə bu gün saat 13.00 radələrində Ağsu yolunun 156-cı kilometrliyində baş verib.

Mingəçevir şəhər sakini, 26 yaşlı Cavid Xalid oğlu Yolçuyevin idarə etdiyi “VAZ-21012” markalı maşın sürücünün idarəetməsindən çıxaraq dərinliyi 450-500 metr olan dərəyə yuvarlanıb. Maşında olan sərnişin, 23 yaşlı Mingəçevir sakini Vüsal Noyabr oğlu Mustafayev aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Maşında sıxılmış vəziyyətdə qalan sürücü isə oradan çıxarılaraq ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri təyin olunan tibbi və texniki ekspertizanın rəyindən sonra dəqiqləşəcək.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində AR CM-nin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istisaarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.