BolgeXeber.Com » Xəbərlər » "Xəzər tv"də təlatüm: "Xezerxeber.com" başqaları tərəfindən alınıb, satışa çıxarıldı

"Xəzər tv"də təlatüm: "Xezerxeber.com" başqaları tərəfindən alınıb, satışa çıxarıldı

1-12-2016, 11:39
Oxunub: 20 295 "Xəzər tv"də təlatüm: "Xezerxeber.com" başqaları tərəfindən alınıb, satışa çıxarıldı Xəzər Xəbərin rəsmi saytı olan Xezerxeber.com başqaları tərəfindən satın alındı

Türkiyədən olduğu güman edilən şəxs Xezerxeber.com domenini satın alaraq yenidən satışa çıxarıb.

Qiymətinin kifayət qədər yüksək olduğunu düşündüyümüz bu satışdan Xəzər Telekanalının istifadə edib-etməyəcəyini bilmirik. Xəzər Xəbər isə artıq saytınıXezerxeber.az olaraq dəyişdirib.

Hər gün yeni verilişlərində Xezerxeber.com saytından uyğun xəbər haqqında ətraflı məlumatı ala biləcəyinizi deyən kanal, son bir neçə gündür izləyiciləri Xezerxeber.az saytına dəvət edir.

Bəs bu necə mümkündür? Domen necə başqalarının əlinə keçib?Adətən domen adları 1 illik qeydiyyata alınır. 2008-ci ildən qeydiyyata alınmış Xezerxeber.com domeni də uzun vaxtdır fəaliyyət göstərir. Lakin hər domen ödəniş vaxtı bitdikdən sonra yenilənmə tələb edir və yenilənmə olmadığı təqdirdə domen adı başqaları tərəfindən alınmaq üçün satışa çıxarılır. Güman edirik ki, Xezerxeber.com saytının da aqibəti belə olub. Domen adını 2020-ci ilə qədər qeydiyyata alan fürsət ovçusu, görəsən domeni Xəzər Xəbərə sata biləcəkmi? Gözləyək və görək.

Qaynarinfo.Az