BolgeXeber.Com » Gündəm » İcra başçısı evi qəzalı olan Ucar sakininə kömək etmək istəmir - FOTOLAR, VİDEO

İcra başçısı evi qəzalı olan Ucar sakininə kömək etmək istəmir - FOTOLAR, VİDEO

5-12-2016, 18:27
Oxunub: 3 758 İcra başçısı evi qəzalı olan Ucar sakininə kömək etmək istəmir - FOTOLAR, VİDEO"İnsult xəstəliyi keçirmişəm pensiyaçıyam, qızım ruhi xəstə olmaqla 2-ci qrup əlildir.Onun pensiyası ilə mənim pensiyam cəmi 210 manat edir ki, bu bizim heç dərmanlarımıza çatmır"

Ucar rayonu Şahlıq kənd sakini Yahyayeva Kəklik Mustafa qızı tərəfindən Bolgexeber.com-a müraciət daxil olub. Narazı vətəndaş mətbuat vasitəsi ilə prezidentə, Mehriban Əliyevaya və Fövqəladə Hallar Naziri Kəmaləin Heydərova videomüraciət edir. Müraciətdə deyilir:

"Yaşadığımız ev qəzalı vəziyyətdədir hər an uça bilər. Buna görə qonşunun evində yaşamağa məcbur olmuşuq.Bu barədə Ucar Rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciət etsək də heç bir tədbir görmürlər.Gəlib baxıb nəsə yazıb gediblər ancaq köməklik etmirlər. İnsult xəstəliyi keçirmişəm pensiyaçıyam, qızım ruhi xəstə olmaqla 2-ci qrup əlildir.Onun pensiyası ilə mənim pensiyam cəmi 210 manat edir ki, bu bizim heç dərmanlarımıza çatmır.Həyat yoldaşım vəfat edib, oğlum yoxdur. Heç bir yerdən köməyimiz yoxdur.Bu yaxınlarda Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etmişəm. Mən mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya və FHN-i cənab Kəmaləddin Heydərova müraciət edib xahiş edirəm bizim evə nümayəndənizi göndərin gəlib baxsınlar bizə köməklik edin. And verirəm o bir olan Allaha qəzalı evimizin sökülüb yenisinin tikilməsinə köməklik edəsiniz.
Bolgexeber.com