BolgeXeber.Com » Bölgə » İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO

İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO

2-12-2016, 17:43
Oxunub: 4 815 İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEOİdarəetmə prinsiplərinə baş vurduqda açıqca alim başçının naşılığı tam çılpaqlığı ilə nəzərə çarpır

Kend.info saytına ilginc informasiya daxil olub.Saytımıza Lahıc qəsəbəsindəki mənbədən rəsmi sənədlər daxil olub.Burada göstərilir ki,bir neçə gün bundan əvvəl kend.info saytının rayon icra hakimiyyətinin başçısı cənab Mirdamət Sadıqova ünvanladığı sorğuya doğru cavab verilməyib.Mənbə qeyd edir ki,təqdim olunan sənədlərdə xeyli ziddiyyətlər var.Belə ki,cənab başçının mərhum anası Fatma Sadıqovanın adına əslində qanuni olaraq 0,14 ha torpaq sahəsi olub.Ancaq sonradan M.Sadıqovun Lahıc qəsəbə rəhbərliyinə ciddi təzyiqləri nəticəsində bu rəqəm şişirdilərək,0,24 ha yazılmışdır.Bütün bu deyilənlər kend.infoya təqdim olunan sənədlərdə öz əksini tapıb deyərək mənbə bildirir.

***

Dövri mətbuatda dərc olunan faktların hamısı etibarlı mənbələrə istinadəndir.Buna görə bütün aktivistlərə dərin təşəkkürümüzü bildiririk.Ancaq burada qeyd edəcəyimiz məqam bundan ibarətdir ki,cənab Mirdaməd Sadıqov dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə İsmayıllıya rəhbər təyin olunub.Deməli prezidentin səlahiyyətli nümayəndəsidir.Ancaq unutmamalıyıq ki,cənab prezident eyni zamanda ölkə vətəndaşlarına,kiv nümayəndələrinə,özünün çox milyonlu seçicilərinə çağırış edərək onları yerlərdə ictimai nəzarət funksiyasını həyata keçirməkdə fəal olmağa səsləyib.


***

Dövlət başçısı dəfələrlə yerli məmurları rüşvətdən,korrupsiyadan,israfçılıqdan çəkinməyə çağırıb və qəti şəkildə xəbərdar edib ki,buna əməl etməyənlər,mütləq şəkildə günlərin birində qanun qarşısında cəzalandırılacaqlar.Bütün bunlara baxmayaraq dövlət başçısının tələblərinə yerlərdə əməl etməyən icra başçıları var ki,onlardan bəlkə də birincisi cənab M.Sadıqovdur.Professor başçı İsmayıllını az qala dörd ilə yaxındır ki,yalanlarla,insanlara şirin nağıllar danışmaqla,reallaşması mümkün olmayan vədlərlə bataqlığın dərinliklərinə sürükləyir.Ancaq alim başçı və ətrafı maşallah,göz dəyməsin günü-gündən varlanır və yaman gün üçün xeyli kapital toplamağa müvəffəq olurlar.Alim başçının təsadüfi adamları vəzifələrə təyin etməsi günümüzdə həm özü üçün,həm də rayon üçün böyük baş ağrısına çevrilib.



***

İdarəetmə prinsiplərinə baş vurduqda açıqca alim başçının naşılığı tam çılpaqlığı ilə nəzərə çarpır.Buna görə də bu cənabın işi rayonda sağlam qüvvələrlə,qeyri sağlam qüvvələri üzü-üzə qoymaqdan ibarətdir.Bu cənab hələ də qəbul etmək istəmir ki,bura tələbələrlə dolu auditoriya deyil.Burası açıq həyat,həm səmimi,həm qeyri səmimi insanlarla doludur.Cənab başçı bütün çıxışlarında ağız dolusu danışır ki,mən vətənpərvərəm və İsmayıllıda filan işləri,filan yerləri abad etmişəm.Kend.info olaraq bir qeydi hörmətli başçının diqqətinə çatdımaq istəyirik.


***

Əvvəla heç kimə minnət qoymayın.Sizi dövlət başçısı İsmayıllıya əhaliyə xidmət etmək üçün göndərib.Bunu siz özünüz də dəfələrlə vurğulamısınız.Gördüyünüz işlərə görə heç kimə yuxarıdan aşağı baxmaq haqqınız yoxdur.Çünki bu sizin dövlət,hökumət,xalq qarşısında görməli olduğunuz vəzifə borcunuzdur.Deməli,siz vəzifə borcunuzu yerinə yetirmisiniz.İkincisi siz dövlət qulluqçususunuz.Yəni konstitusiyaya görə xalqın qulluqçusu,lori,sadə dildə xalqın nökəri səslənir.Buna görə də insanlarla hər hansı ünsiyyətdə ritorikanıza fikir verməyiniz önəmlidir.


***

Digər tərəfdən rayonda görülən işlərin keyfiyyətinə nədənsə yaxın düşmək istəmirsiniz.Eybi yox,biz bunu ətraflı hazırlayaraq dövlət başçısına çatdırmağa ən tez zamanda müvəffəq olacağıq.Digər tərəfdən komandanızdakı,rüşvətə aludə olanlar barəsində təcili tədbir görsəniz yəqin ki,ilk növbədə özünüzü xilas etmiş olarsınız.Və nəhayət.Cənab başçı:Bəs bu faktlara münasibətiniz nədir?Bu sənədlər barəsində nə söyləyə bilərsiniz?Axı bu sənədləri sizin yaxın ətrafınız,dost bildiyiniz adamlar ötürür.Hansı ki,hələ də vəzifədə əyləşib gündəlik həndavərinizdədir.Bu söylənilənlər,ortalıqda olan faktlar yalandırsa,bunun yalan olmasını isbatlayın.Əgər yalan deyilsə,onda sual edirik.Bu qədər torpaq sahəsi sizin nəyinizə lazımdır?Bəs deyirdiniz ki,bu ərazi cəmisi 1,2 ha-dır?

Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxsləri dnləyib,fikirlərini dərc etməyə hazırıq.Bizi izləməyi unutmayın.İsmayıllı məmurları haqqında şok açıqlamalar olacaq.

İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO
İsmayıllının icra başçısının adına olan torpağın sənədinin saxtalaşdırıldığı bildirilir-FOTO VİDEO