BolgeXeber.Com » Xəbərlər » Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub-FOTO

Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub-FOTO

2-12-2016, 20:03
Oxunub: 2 382 Prezident İlham Əliyev Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanış olub-FOTOAzərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Zərdab Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar

Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, xəstəxana əsaslı təmir və yenidənqurmadan sonra 125 çarpayılıq tibb müəssisəsi kimi fəaliyyət göstərəcək.

Hazırda xəstəxanada 530 işçi çalışır. Onlardan 57-si həkim, qalanları isə orta tibb işçiləridir.

Müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunan Zərdab Rayon Mərkəzi Xəstəxanasında ətraf rayonlardan gələnlərə də tibbi xidmət göstəriləcək.

Zərdab Rayon Mərkəzi Xəstəxanasında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.