BolgeXeber.Com » Gündəm » Daha bir İcra Başçısı yola salınır!

Daha bir İcra Başçısı yola salınır!

4-12-2016, 13:21
Oxunub: 8 659 Daha bir İcra Başçısı yola salınır!Mahir Quliyevin ayrılmış vəsaitləri hansı yollarla mənimsədiyi də ortaya çıxdı

Son vaxtlar ölkə mətbuatında Biləsuvar rayonu ilə bağlı tənqidi materialların dərci daha da intensivləşib. Nəzərə alsaq ki, bu materialların böyük əksəriyyəti həm kütləvi informasiya vasitələrinə, həm də digər instansiyalara əsasən yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar əsasında hazırlanır, o zaman rayonda durumun getdikcə kritik vəziyyətə yaxınlaşması barədə təxmini təsəvvür almaq olar.
İlk növbədə xüsusi olaraq qeyd olunmalıdır ki, bu gün biləsuvarlıları ən çox narahat edən məqamlardan biri, rayonda rüşvətxorluq və korrupsiya hallarının artmasıdır. Həm də Bolgexeber.com-a daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, rayon ictimaiyyətinin böyük əksəriyyəti bu kimi halların başında məhz Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin durduğunu təsdiq edirlər.
Bu xüsusda mənbələr həmçinin belə bir iddia da irəli sürürlər ki, edilən şikayətləri araşdırmaq və müvafiq təbdirlər görmək əvəzinə Biləsuvarın icra başçısı tamam fərqli bir siyasət işlədir. Lakin buna baxmayaraq, etibarlı mənbələrdən aldığımız məlumatlar Mahir Quliyevin tənqidəlayiq fəaliyyətini işıq üzünə çıxarır.
Bu faktlarla yanaşı, Azərbaycan Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən 2013-2015-cı illərdə Biləsuvar rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələrini müzakirə edən zaman Mahir Quliyevin ayrılmış vəsaitləri hansı yollarla mənimsədiyi də ortaya çıxdı.
Həmin faktların kiçik bir hissəsini sizə təqdim edirik:
Tikinti obyektinin layihə ilə uyğunluğunu təmin etmək, həmçinin tikilən və ya yenidən qurulan kommunikasiyalarda yüksək keyfiyyətin təmin olunması məqsədilə layihənin müəllif nəzarətinin təmin olunması barədə qeydlər aparılmayıb, 2 layihə üzrə tərtib edilmiş dövlət ekspertiza rəyində bildirilmiş iradlar aradan qaldırılmayıb.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, son hadisələr yuxarı instansiyalarda Mahir Quliyevə qarşı mənfi fikirlərin yaranmasına yol açır. Görünən odur ki, bundan sonra himayədarı belə ona dayaq ola bilməyəcək. Biləsuvar RİH-nin başçısı artıq yolun sonuna çatıb.
Mahir Quliyevin qərar tutduğu vəzifəyə necə gəldiyi, hansı hərəkətilə kreslosu ilə vidalaşmaq təhlükəsi ilə üz-üzə qaldığı və öz yaxınlarına hansı ərazilərdə villa tikdirdiyi ilə bağlı şokedici iddialardan xəbərdar olmaq üçün saytımızı izləmədə qalın.
Qeyd: Yazılanlarla bağlı qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

Bolgexeber.com