Ünvanlı sosial yardımlar niyə gecikir?
3-12-2016, 13:42
Oxunub: 3 136
Regionlarda yaşayan aztəminatlı ailələr ünvanlı dövlət sosial yardımı ala bilmirlər
Bolgexeber.com xəbər verir ki, bu haqda bizimyol.info-ya ölkənin müxtəlif rayonlarının sakinləri məlumat veriblər.
Plastik ödəniş kartları ilə bankomatlara yaxınlaşan sosial müavinat alan vətəndaşlar hesaba pulun köçülmədiyinin şahidi olurlar.
Saytın sosial müavinat alan vətəndaşların müraciət əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi və Maliyyə nazirliklərinə göndərdiyi informasiya sorğularına cavab verilməyib.
Məlumata görə, problem Maliyyə Nazirliyi tərəfindən yaradılıb. Belə ki, ünvanlı sosial yardımlar bilavasitə büdcədən ayrıldığına görə onun köçürülməsini adıçəkilən nazirlik təmin etməlidir.
Qeyd edək ki, aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış “Ünvanlı dövlət sosial yardımı haqqında” qanununa əsasən həyata keçirilir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər