BolgeXeber.Com » Xəbərlər » İşədüzəltmə xidməti adı altında insanlar belə aldadılır-'Xəzər servis'' şirkətindən şikayət

İşədüzəltmə xidməti adı altında insanlar belə aldadılır-'Xəzər servis'' şirkətindən şikayət

3-12-2016, 14:48
Oxunub: 4 114 İşədüzəltmə xidməti adı altında insanlar belə aldadılır-'Xəzər servis'' şirkətindən şikayət'Xəzər servis'' adlı şirkət xeyli sayda insanı aldadıb

Son günlər işə düzəltmək adı ilə dələduzluq hallarına daha biri əlavə olunub. İşə düzəltmə xidməti göstərdiyini bildirən ''Xəzər servis'' adlı şirkət xeyli sayda insanı aldadıb.

İnsanları müxtəlif firmalara yönəldən şirkətdən bildirilib ki, həmin qurumlar da onlara məxsusdur və əməkhaqqını özləri verəcəklər. Həmin şəxslər isə deyirlər ki, bu şirkət onların əməkhaqqının böyük bir hissəsini ödəmir.

Şikayətçilər iddia edirlər ki, işə düzəltmə şirkəti onlara başqa yalançı vədlər də verib.

Bütün bu iddiaların düzgün olub-olmadığını öyrənmək üçün elə həmin işə düzəltmə şirkətinin ofisinə getdik. Şirkətdən bu barədə heç bir açıqlama verilmədi. Əksinə, bir anda qapılar üzümüzə bağlandı.

Mütəxəssislər isə deyir ki, belə halların qurbanları hüquq mühafizə orqanlarına müraciət etməlidir.

Həmçinin işə düzəltmə firmalarının vədlərinə aldanmamaq lazımdır. Təklif edilən işləri və şirkəti tanımadan da işləmək üçün razılıq verməyin. Əks halda bənzər dırnaqarası təşəbbüslərin qurbanına çevrilmək çətin deyil.


“Xəzər Xəbər”