BolgeXeber.Com » Xəbərlər » Ağsuda “Mozambik məktəbi”: şagirdlər çətirlə oturur, təhsil şöbəsi isə - Fakt

Ağsuda “Mozambik məktəbi”: şagirdlər çətirlə oturur, təhsil şöbəsi isə - Fakt

3-12-2016, 14:49
Oxunub: 2 343 Ağsuda “Mozambik məktəbi”: şagirdlər çətirlə oturur, təhsil şöbəsi isə - Fakt Ağsuda S.Umbayev adına 2 saylı tam orta məktəb bərbad vəziyyətdədir

Bununla əlaqədar bir qrup valideyn Politika.Az-a şikayət edib. Şikayət edən valideynlər dəfələrlə bu haqda rayon təhsil şöbəsinə müraciət etsələr də, məktəbdə vəziyyət hələ də dözülməz olaraq qalmaqdadır. Şagirdlər sinif otaqlarında başlarına yağış yağmaması üçün çətirlə otururlar. Uzun illərdir ki, qeyd olunan məktəb tam yararsız haldadır. Sinif otaqları bərbad vəziyyətdə olmaqla yanaşı, yağan yağışlar nəticəsində sinif və dəhlizlərdə gölməçələr yaranır. Qış olduqda vəziyyət daha da gərginləşir. Şikayət edən sakinlərin sözlərinə görə, məktəbdə istilik sistemi olmadığından valideynlər uşaqlara sinifdə yandırmaq üçün odun doğrayıb verirlər. Məktəbin elektrik xətləri də normal deyil, qızdırıcı avadanlıqlar qoşmaq olmur. Sinif otaqlarının pəncərələrinə məktəblilər soyuğun qarşısını almaq üçün "karton” parçaları vurublar. Bu günə qədər ölkənin təhsil müəssisələrinin inkişafı üçün kifayət qədər vəsaitlər ayrılsa da, Ağsu rayon məktəblərinə ayrılan vəsaitlərin kimlərin ciblərinə getdiyi bilinmir. Artıq bizim övladlarımızı məktəbdən çıxartmaqdan başqa çarəmiz qalmayıb. Məktəbin müəllimləri də durumdan çox narahatdırlar. Biz övladlarımızın ağır xəstəliklərə tutulmasından narahatıq”,- deyə valideynlər narahatlıqlarını ifadə ediblər. Onlar aidiyyəti qurumların tədbir görməsini tələb edirlər. Ağsu rayonu Təhsil Şöbəsinin yarıtmaz fəaliyyəti, şöbənin müdiri Tahir Xasıyevin isə öz işində yol verdiyi bir sıra qanun pozuntuları barədə dəfələrlə tənqidi materiallar dərc edilib. Lakin rayon təhsilində hələ də müsbətə doğru heç bir dəyişiklik müşahidə olunmur. RTŞ müdiri hələ də rayon məktəblərinə yeni invertarların alınması adı altında küllü miqdarda vəsaitlərin mənimsənilməsi, rayon məktəblərinə ayrılan dərsliklərin müxtəlif ticarət nöqtələrində satışa çıxarılması ilə məşğuldur. Təbii ki, təhsil şöbəsinin rəhbərliyi tərəfindən işə belə münasibətin sərgilənməsi Ağsunun bütün təhsil sisteminə ciddi zərbələr vurur. Belə ki, son illər ərzində rayon üzrə şagirdlərin dərslərə davamiyyəti xeyli aşağı düşüb. Həmçinin mənbələr Tahir Xasıyevin orta məktəblərə işə müəllim qəbulu zamanı ciddi qanun pozuntularına yol veridiyini də vurğulayırlar. (legion.az) Ağsu təhsilində "qohumbazlıq” sindromu ən böyük problemlərdən birinə çevrilib. Belə ki, RTŞ müdiri "öz kadrlarını” işlə təmin etmək məqsədilə digər müəllimlərin dərs saatlarından kəsərək, həmin saatları onlara verir. Bütün bu iddialar mediada yer alıb. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.