BolgeXeber.Com » Xəbərlər » İran son qərarını verdi: Babək Zəncani edam edilir

İran son qərarını verdi: Babək Zəncani edam edilir

3-12-2016, 16:14
Oxunub: 2 008 İran son qərarını verdi: Babək Zəncani edam edilirİran Ali Məhkəməsi Babək Zəncaninin ölüm hökmünü təsdiqləyib

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Ali Məhkəməsinin sədr müavini Qulam Rza Ənsari söyləyib.

Qeyd edək ki, bundan öncə İran mətbuatı özünün etibarlı mənbələrinə əsasən Zəncaninin ölüm hökmünün ləğv edildiyi haqqında informasiya yayıb.

Martın 7-də İran məhkəməsi milyarder Babək Zəncaniyə edam hökmü çıxarıb. Zəncani İranın neft pullarının mənimsənilməsində və çirkli pulların yuyulmasında günahlandırılır. Hazırda Zəncaninin 14 milyard dollar sərvəti var.

Güney Azərbaycandan olan məşhur milyarder Rza Zərrab (hazırda ABŞ-da həbs altındadır – red.) onun Türkiyədəki əsas ortağı hesab edilir.

Bir müddət öncə də rəsmi Tehran Zəncaninin edam qərarının dəyişdirilə biləcəyini açıqlamışdı. Bunun üçün Zəncanidən ölkəyə olan 2,8 milyard dollarlıq borcunun geri qaytarılması tələb olunurdu.
İran son qərarını verdi: Babək Zəncani edam edilir
İran son qərarını verdi: Babək Zəncani edam edilir