BolgeXeber.Com » İdman » Dünyanın diqqəti Barselonada:265-ci “El-Klasiko”

Dünyanın diqqəti Barselonada:265-ci “El-Klasiko”

3-12-2016, 18:13
Oxunub: 3 529 Dünyanın diqqəti Barselonada:265-ci “El-Klasiko”Bu gün bütün dünyanın diqqəti Barselonaya yönələcək

Apasport.az saytının məlumatına görə, Kataloniyanın paytaxtı sayca 265-ci “El-Klasiko”nu qəbul edəcək.Dünya nəhəngləri “Barselona” və “Real” bu dəfə İspaniya çempionatında üz-üzə gələcəklər. “Nou Kamp”dakı qarşılaşma rəqiblərin ümumilikdə 265-ci, rəsmi matçlarda 232-ci, Primerada 173-cü duel olacaq. Komandalar ilk dəfə 1929-cu il fevralın 17-də üz-üzə gəlib. Barselonadakı qarşılaşmada “Real” 2:1 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi həm rəsmi matçlarda, həm də çempionat qarşılaşmalarında üstünlüyə malikdi. Primerada bu üstünlük 4 qələbə və 7 topa bərabərdi. İspaniya Superkuboku və Çempionlar Liqasında da geridə olan “Barselona” yalnız ölkə kubokunda daha yaxşı nəticələrə malikdi. Bütün bunlar sayəsində rəsmi matçlarda 93 qələbəsi olan “Real” 90 dəfə uduzduğu rəqibindən öndədi. Bu görüşlərdəki top fərqi də paytaxt təmsilçisinin tərəfindədi.
“Barselona” yoldaşlıq oyunlarında çox böyük üstünlük qazanıb. Bunun nəticəsində kataloniyalılar ümumi hesabda da öndədi. Rəqibindən 10 qələbə çox qazanan barselonalılar 27 qol artıq vurub.