BolgeXeber.Com » Siyasət » Şövkət Mirziyoyev Özbəkistan prezidenti seçildi

Şövkət Mirziyoyev Özbəkistan prezidenti seçildi

5-12-2016, 09:29
Oxunub: 3 247 Şövkət Mirziyoyev Özbəkistan prezidenti seçildiÖzbəkistanda prezident seçkilərində səsvermə başa çatıb

AzVision.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 19.00) seçki məntəqələri bağlanıb.

Yerli vaxtla saat 6.00-da (Bakı vaxtı ilə saat 5.00) açılan seçki məntəqələrində səsvermə başa çatana qədər 21,4 milyon seçicidən 17,69 milyon nəfər, yəni 86,62 faizi səs verib.


Seçkinin ilkin nəticələrinin sabah səhər açıqlanacağı gözlənilir.

***

Özbəkistanda keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Liberal-Demokrat partiyası prezidentliyə namizəd Şövkət Mirzyoyevin seçkilərdə qalib gəldiyini elan edib.

“Bizim qərargaha məlumatlar daxil olur və seçkilərdə qalib gəldiyimizi elan edə bilərik”-deyə partiyanın sədr müavini Dilşod Şoumarov deyib.