loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

42 yaşında universitet bitirən icra başçısı - Mahir Quliyev hardan hara?

42 yaşında universitet bitirən icra başçısı - Mahir Quliyev hardan hara? Dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb

İcra başçılarının seçimində hansı kriteriyaların, göstəricilərin, şəxsi keyfiyyətlərin əsas götürüldüyü anlaşılmaz bir sirr olaraq qalmaqdadır. On minlərlə, yüz minlərlə əhalisi olan rayonlara bəzən elə adamlar başçı təyin olunur ki, adam təəccübdən donub yerində qalır.

Buyurun saytımıza göndərilən bu linklə tanış olun. (http://www.bilesuvar-ih.gov.az/page/20.html). Linkin üstünə vurursan, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin tərcümeyi-halı açılır. Oxuyursan, adamı dəhşət bürüyür. Niyə? Yaxşısı budur özünüz də oxuyun, dəhşətin səbəbini anlayın. Beləliklə, RİH-in rəsmi saytından oxuyuruq:

"Mahir Hacı oğlu Quliyev, Biləsuvar RİH-nin başçısı

Mahir Hacı oğlu Quliyev, 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə Bakı şəhərində"Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə "Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə "Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə "26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.

26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir. YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Evlidir 3 övladı var”.

Bu tərcümeyi-haldan da göründüyü kimi, həyatının ən məhsuldar illərində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən Mahir Quliyevin, icra başçısı olmazdan əvvəlki ən böyük vəzifəsi bələdiyyə sədrinin müavini olub, o da vur-tut 2 il. Yəni dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb.

Lakin hörmətli Mahir müəllimin (!!!) kafe, restoran biznesindən birbaşa icra başçılığına sıçrayışını da hardasa başa düşmək, "bura Azərbaycandır” deyib, üzərindən keçmək olar. Amma bu adamın heç ali savadı da yoxdur axı! Deyilir ki, "2000-ci ildə Bakı şəhərində "Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib”. Yəni 42 yaşında. Bakı şəhərində "Naxçıvan” universiteti… Bu nə universitetdir belə? Azərbaycanda "Naxçıvan” universiteti adlı özəl ali məktəb var, amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Özü də, aşağıda universitetin rəsmi saytından təqdim etdiyimiz "skrinşot”dan da göründüyü kimi, 1999-cu ildə yaradılıb. Bəs elə isə hörmətli icra başçısı, 95 741 nəfərin böyüyü olan Mahir müəllim 42 yaşında hansı universiteti bitirib? Axı Bakıda belə bir universitet olmayıb?! Olubsa da, orda təhsil-tədrisdən başqa nə desən olub ki, indiyə izi-tozu da qalmayıb!

Yaxşı, bəs, 47 yaşınadək satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən, 42 yaşında "Naxçıvan” adlı "universitetdən” diplom alan bu zat-ı möhtərəm, necə olub ki, böyük bir rayona başçı təyin oluna bilib?


Teref.info
42 yaşında universitet bitirən icra başçısı - Mahir Quliyev hardan hara?
42 yaşında universitet bitirən icra başçısı - Mahir Quliyev hardan hara?
Bölmə: Xəbərlər | 05 dekabr 2016 10:57 | Baxış sayı: 5742





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: