BolgeXeber.Com » Sosial » "Azərinşaat" işçilərin 500 min manatını niyə vermir? - Açıqlama + Video

"Azərinşaat" işçilərin 500 min manatını niyə vermir? - Açıqlama + Video

5-12-2016, 14:18
Oxunub: 3 639 "Azərinşaat" işçilərin 500 min manatını niyə vermir? - Açıqlama + VideoBu gün səhər saatlarından etibarən “Azərinşaatservis” MMC-nin keçmiş işçiləri etiraz ediblər

"Azərinşaat"ın binası qarşısına toplaşan keçmiş əməkdaşlar bildiriblər ki, son ayların əmək haqqlarını ala bilmirlər. "Azadlıq radiosu"nun çəkdiyi videogörüntünü sizə təqdim edirik:

Qaynarinfo.Az şikayətçi olan insanlarla əlaqə saxladı. "Azərinşaat"ın texniki ofis rəhbəri vəzifəsində çalışan və ötən ilin 9 dekabr tarixindən etibarən əmək müqaviləsinə xitam verilən Əziz Həsənov bildirdi ki, onun 2 aylıq maaşını vermirlər:

"9 dekabr 2015-ci ildən etibarən əmək müqaviləmə xitam verilib. O gündən oktyabr və noyabr aylarının maaşları verilməyib. Bu qədər gecikdirilmə səbəbini soruşduqda bildirdilər ki, siyahı və məbləğ olaraq yazılıb “AqrarKredit” QSC-yə, Maliyyə Nazirliyinə göndərmişik, tezliklə həll olunacaq. Bu qədər vaxt keçib, eyni cümlələrlə insanları yola verirlər. Mənim kimi 200 nəfərə yaxın insan var. Bu 200 nəfərin də 400-500 min manat alacağı var".

Vaxtilə "Azərinşaat"da tornaçı vəzifəsində çalışan Səbuhi Qəribov da eyni problemləri yaşayır:

"Bu ilin mart ayından əmək müqaviləm bitib. Ancaq yanvar və fevral ayının maaşlarını hələ də ala bilmirəm. Hər dəfə deyirlər ki, bu gün veriləcək, sabah veriləcək. Deyirlər ki, Maliyyə Nazirliyinə bildirmişik. Bilmirik, dərdimizi kimə deyək..."

Məsələ ilə bağlı "Azərinşaat"ın baş mühəndisi Xəlil Osmanovla əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, bizdə maaşlar kartla verildiyindən belə bir şey ola bilməz: "Bizim şirkətdə çalışan əməkdaşlar müqavilə bitdiyi ana qədər əmək haqqlarını alırlar. Hər ayın 5-i şirkətdə çalışanlar maaşları alır. Deyilənlər yalnışdır".

Hazırda şikayətçilər Maliyyə Nazirliyinə müraciət ediblər və nazirlik tərəfindən qəbul olunublar. Bu barədə Qaynarinfo.Az-a şikayətçilər məlumat verib. Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyev şikayətçilərə bildirib ki, "Azərinşaat"dan nazirliyə heç bir siyahı və müraciət daxil olmayıb. Nazirlik rəsmisi məsələni "Azərinşaat"ın rəhbərliyi ilə araşdırılacağını bildirib.