BolgeXeber.Com » Xəbərlər » “Azəriqaz”ın sahə rəisi rüşvətə görə işdən qovulub? – Açıqlama

“Azəriqaz”ın sahə rəisi rüşvətə görə işdən qovulub? – Açıqlama

5-12-2016, 14:33
Oxunub: 2 048 “Azəriqaz”ın sahə rəisi rüşvətə görə işdən qovulub? – Açıqlama“Azəriqaz” İstehsal Birliyinin Ağsu Regional İdarəsinin Ucar istismar sahəsinin rəisi Elşən Hüseynovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb

E.Hüseynovun rüşvət faktına görə, işdən çıxarıldığı bildirilir.“Azəriqaz” İstehsalat Birliyinin mətbuat rəhbəri İbrahim Kərbalayev faktı nə təkzib, nə də təsdiq edib.
Bolgexeber.com xəbər verir ki, qurum rəsmisi azvision.az-a bildirib ki, bu haqda heç bir məlumata malik deyil: “Elşən Hüseynov bülletendədir. Müvəqqəti olaraq əməkdaşlarımızdan biri onu əvəz edir”.