BolgeXeber.Com » Xəbərlər » Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdı

5-12-2016, 18:30
Oxunub: 2 329 Prezident Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayırdıPrezident İlham Əliyev "Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, sərəncamla Zərdab şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Zərdab Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Qeyd edək ki, sərəncaml Zərdabda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə verilib.