BolgeXeber.Com » İqtisadiyyat » Taksi sürücülərinin nəzərinə - 50 manat cərimə

Taksi sürücülərinin nəzərinə - 50 manat cərimə

5-12-2016, 18:32
Oxunub: 3 564 Taksi sürücülərinin nəzərinə - 50 manat cəriməAzərbaycanda taksi fəaliyyəti ilə bağlı yeni qadağa tətbiq ediləcək

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilib.

Məcəlləyə əlavəyə əsasən, taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durması qadağan edilir. Bu qaydanı pozanlar 40 manatdan 50 manata qədər cərimə ödəməli olacaqlar.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.(Report)