BolgeXeber.Com » Dünya » Arvadı istədi - Baş nazir istefa verdi

Arvadı istədi - Baş nazir istefa verdi

5-12-2016, 19:17
Oxunub: 4 646 Arvadı istədi - Baş nazir istefa verdiDaha bir baş nazir istefa verib

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Yeni Zellandiyanın baş naziri Con Key öz postunu tərk edib. Mətbuat konfransı zamanı çıxış edən baş nazir istefasını şəxsi səbəblərlə əlaqələndirib. O, “Bu, qəbul etməyə məcbur olduğum ən çətin qərardır. Bundan sonra nə edəcəyimi bilmirəm”-, deyib. “New Zealand Herald” nəşri isə yazır ki, baş nazir həyat yoldaşının xahişi ilə nazirlik postunu tərk edir.

Daha sonra istefası barədə tvitter hesabında yazan Key eyni zamanda, Milli Partiyanın lideri vəzifəsindən getdiyini də açıqlayıb.

Qeyd edək ki, İtaliyanın baş naziri Matteo Rensi də postundan istefa vermək niyyətində olduğunu bildirib.