BolgeXeber.Com » BÖLGƏ TV » Paytaxtın Nizami rayonunda dayanacaq yoxdur, monitor var - VİDEO

Paytaxtın Nizami rayonunda dayanacaq yoxdur, monitor var - VİDEO

6-12-2016, 09:22
Oxunub: 3 407 Paytaxtın Nizami rayonunda dayanacaq yoxdur, monitor var - VİDEOPaytaxtın Nizami rayonunda avtobus dayanacağı sökülüb başqa yerə köçürülsə də, bunu edənlər monitoru götürməyi unudublar

Avtobusların gəliş-gedişini göstərən monitor küçə ortasında sahibsiz qalıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən qoyulan müasir dayanacağın bir hissəsi yarımçıq halda yol kənarında qalıb. Yoldan keçənlər isə bu mənzərə qarşısında ayaq saxlayıb burda nə baş verdiyini anlamağa çalışırlar. Görüntülər paytaxtın Nizami rayonunda Qara Qarayev prospektində sökülüb başqa yerə köçürülən avtobus dayanacağındandır.

Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etdik. Bildirdilər ki, həmin ərazidə nəqliyyatın sürətli axınını təmin etmək üçün dayanacaq olduğu yerdən sökülərək başqa yerdə quraşdırılıb. Həmin monitorun isə kommunikasiya xətləri ilə işlədiyindən bu xəttlərin yeni dayanacağa yönləndirilməsi işi aparılır və qısa zamanda monitor həmin ərazidən götürüləcək dayanacaqda quraşdırılacaq.
(xezerxeber)