BolgeXeber.Com » Dünya » Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb etdi - ETİRAZ

Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb etdi - ETİRAZ

6-12-2016, 10:20
Oxunub: 6 961 Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb etdi - ETİRAZABŞ-da prezident ailəsinin hər bir üzvünün xərcləri Konqres tərəfindən təsdiqlənir və ayrılan pullardan əlavə xərc barədə cəmiyyət də xəbərdar olur

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, 100.000 insan ABŞ prezidentinin xanımı Melaniya Trampın Nyu-Yorku tərk etməsi tələbi ilə petitsiya imzalayıb. Məlum olduğu kimi Melaniya Tramp oğlunun təhsil ilini başa vurana kimi Nyu-Yorkda qalacaqlarını elan etdikdən sonra petitsiyaya imza atanların sayı daha da çoxalıb.
Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb etdi - ETİRAZ

Ekspertlər hesablayıblar ki, birinci ledinin Nyu-Yorkda təhlükəsizliyini təmin etmək üçün vergiödəyiciləri hər gün 1 milyon dollara yaxın əlavə pul ödəməlidirlər. Petitsiyaya imza edənlər Nyu-York qubernatoru Endryu Kuomoya və şəhərin meri De Blazioya müraciətlərində tələb edirlər ki, 5-ci avenyudakı 58 mərtəbəli binanın penthausunda Melaniya və oğlunun təhlükəsizliyindən imtina etsinlər.
Nyu-York əhalisi Trampın arvadından şəhəri tərk etməsini tələb etdi - ETİRAZ

Petitsiya müəllifi yazır ki, birinci ledinin mühafizəsinə ayrılmış vəsait yollara, məktəblərə, yeni iş yerlərinə və şəhərin başqa xərclərinə sərf olunmalıdır. “Vergi şəhərin yaxşılaşmasına yönəlməlidir, bir nəfərin təhlükəsizliyinə yox” – petitsiyada yazılır.

ABŞ-da prezident ailəsinin hər bir üzvünün xərcləri Konqres tərəfindən təsdiqlənir və ayrılan pullardan əlavə xərc barədə cəmiyyət də xəbərdar olur. Hər hansı bir şıltaqlığa, ərköyünlüyə yol verilmir.