BolgeXeber.Com » İdman » Tanınmış futbolçuların saytları dağıdıldı

Tanınmış futbolçuların saytları dağıdıldı

31-08-2012, 00:40
Oxunub: 5 253 Adları dillər əzbəri olan dünya şöhrətli futbolçuların internet səhifələri dağıdılıb.

Hakerlər futbolçuların internet səhifələrini öz istədikləri formaya salıblar. Bununla bağlı Rusiya mətbuatı xəbər yayıb.Xəbərdə bildirilir ki, İspaniyanın “Real Madrid” və “Barselona” klublarının oyunu zamanı hakerlər bir sıra məşhur futbolçuların “Twitter” sosial şəbəkəsində səhifələrini dağıdaraq ora təhqiredici sözlər yazıblar. Haker hücumuna məruz qalan futbolçular sırasında Dani Alveş, Xavyer Masçerano, David de Xeya, Ueyn Runi, Serxio Aquero, Samir Nəsrinin də adı var.
İctnews.az